Hacıyev Xanbaba Sənan oğlu 1997 – ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub.
Hərbi xidmətdə olarkən Aprel döyüşlərində iştirak edən Xanbaba 27 sentyabr, 2020- ci ildə səfərbərlik xidmətindən təkrar döyüşə çağırılıb və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub.
Suqovuşanın və Kəlbəcərin kəndlərinin alınmasında fəal iştirak edib.
Lələtəpə döyüşündəki igidliklərinə görə fəxri fərman və qol saatı ilə mükafatlandırılıb, həmçinin Şuqovuşan medalı ilə təltif olunub.
Gənc döyüşçü evinə qayıtdıqdan sonra bir sıra maddi çətinliklərlə üz üzə qalıb. Ailədə atası, anası və qardaşı işsizdir, təqaüd üçün də yaşları uyğun deyil. Xanbabanın və ailəsinin başqa heç bir gəlir yeri yoxdur.
44 günlük Vətən müharibəsi dövründə ölümü gözə alıb, özünü oda atan bu gənclərə dəstək olmaq, onlara qayğı və diqqət göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur.
İnanırıq ki , tezliklə aidiyyatı qurumlar və işçi tələbatı olan bir sıra idarələr , iş adamları səsimizə səs verib Xanbaba və onun kimi gənclərin işsizlik problemini ən qısa zamanda həll edəcəklər.
Aysel Səfərli
Müstəqil.Az