Müstəqil.Az saytı yeni lahiyə start verdi – “Gənc dənizçilər”. Lahiyənin ilk qonağı gənc kapitan Ülfət Əzizovdur.
– Oxucularla səni daha yaxından tanış etmək istəyirəm. Özün haqda bir qədər məlumat versən yaxşı olar.
– 1989-cu il də Salyan Rayonu Kürqaraqaşlı kəndində fermer ailəsində anadan olmuşam. 2007 ci ildə Kürqaraqaşlı kənd orta
məktəbini bitirib, Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub 4 il bakalavr dərəcəsini oxudum. 2011 ci ildə ildə
Azərbaycan Dövlət Dəniz Akademiyasının Magistr dərəcəsinə qəbul oldum və əsgərliyə getdim.
2012 ci ildə əsgərlikdən döndükdən sonra Maqistr oxumağa davam etdim. Və paralel olaraq gəmidə işləmək üçün lazım
olan sertifikalarmı toplamaq üçün lazım olan madi vəsaiti toplamaq üçün alminium əritmə sexində işə başladım. Çox
əziyyətli günlərdən sonra nəhayət 23 dekabr 2013 cu ildə ( 24 yaşım olduğu gün) ilk dəfə Türkiyə işləməyə getdim. O günü
özümə söz verdimki Azərbaycan gənc dənizçilərnə dəstək olmaq üçün Azərbaycan Dənizcilərnin Heyyət İdarəetmə firmasını qurub gənc dənizçilərə dəstək olacam.
– Sənin dənizçilik həyatından nələri örnək olaraq göstərmək olar?
– Mənim dənizçilik həyatımdan çoxlu örnəklər almaq olar bunlardan ən önəmlisi dürüst və zəhmətkeş olmaqdır.
– Çox gümanki, sənin özünün yaşadığın maraqlı dənizçi həyatı məcara dolu anlar az olmayıb… Onlar haqqında
danışardın.
– Dənizçilik həyatımda çoxlu maraqlı anlar olub. Bunlar birini danışmaq istəyirəm Baş köməkçi işlədiyim zaman səhətimdə
olan problemlə əlaqədər Cəzayirin Oran limanından İspaniyanın Bilbao limanına gedərkən okeanda gəmidən ayrılmaq üçün
ərizəsi yazdım. Şirkət mənim yerimə başqa Baş köməkçi tapdığı halda bayram qabağı olduğu üçün Liman agenti
mənim gəmidən ayrılmaqla bağlı sənədləri hazırlmaq istəmirdi. Və limanda heyyət dəyişimi olmayacağını bildirdi. Əlacım hər yerdən kəsildikdən sonra internetdən Azərbaycanın İspaniyadakı səfirliyinin gmail adresini tapıb yazdım, aradan 30 dəqiqə keçdikdən sonra. Səfirlik əməkdaşı mənə “whatsapp”dan yazdı. Mənə nə kömək lazım olduğunu maraqlandlar və liman agentliyinə basqı
göstərərək mənim işimi həll etdirdlilər. Və Bilbao limanında heyyət dəyişimi oldu və mən evə döndüm. O zaman
dövlətimizlə qürur duydum, başa düşdüm ki, harda Azərbaycan xalqı harda olsa dövlət arxasındadır.
– Uzaq səfərlər kapitanı olaraq uzaq səfərlərin az olmayıb, yəqinki… Kapitan kimi ilk hara üzmüsən?
– Kapitan işlədiyim gəmi Rusiya – Türkiyə – İtaliya işləyirdi. Amma daha sonra kapitan kimi işlədiyim gəmilərlə həm avropanı həmdə, Cənubi afrikaya qədər çoxlu afrika ölkələrni gəzdim.
– Gənc olmağına baxmayaraq, gənc dənizçilərin formalaşmasında mühüm rol oynayırsan… Məsələn hazırlıq kursları və kitabların… Bunlar haqqında danışaq.
– Mən xarici sularda işləməyə başladığım ilk gündən bu yana arzum Azərbaycan dənizçilərni dünyanın ən savadlı, bacarıqlı dənizçi olaraq görmək və dünyanın ən böyük gəmilərində Azərbaycanlı dənizçilərin işlədiyini görməkdir. Və bu yolda əlimdən gələni edirəm. Həm kitablarımla və təctübələrimlə gənc dənizşilərə köməki edirəm. Və bu yaxınlarda yeni kitabım dərc olunacaq. Düşünürəm ki, yeni çıxacaq kitabım gənc dənizçilərin fotmalaşmasında müstəsna rol oynacaq.
– Hansı tip gəmidə işləmək sizin üçün daha maraqlı və asandır?
– Məni tanıyan dənizçilər hər kəs bilir ki, mənim ən sevdiyim gəmi tipi tökmə yük gəmiləri və sayma yük daşıyan gəmilərdi.
– Gəmidə ki, mühit hər kəsə maraqlıdır. Eyni insanlarla aylarla bir yerdə işləyirsiniz. Bu çətin deyil?
– Gəmi heyəti üzvindən aslı olmayaraq burda hamı bir ailə kimidir. İdeal ailə olmadığı kimi, gəmidə də ideal insan yoxdur. Hər tipdə insanlar işləyir. Amma düşünürəm xarici sularda heyət daha çox mehriban və ailə kimidir. Çünkü onların bir-birindən başqa kimsəsi yoxdur.
– Necə düşünürsən dəniz həyatı insanın xarakterinə və xasiyyətinə təsir edə bilərmi?
– Gənc dənizçilər gəmidə formalaşdığı üçün xarakterinə və xasiyyətinə təsir edir.
– Yaxşı dənizçi olmaq üçün nə etmək lazımdır?
– Dürüst və zəhmətkeş olmalı və hər zaman yenilikləri öyrənmək lazımdır.
– Boş vaxtlarında nə işlə məşqul olursan gəmidə?
– Bu günə qədər gəmidə boş vaxtlarında kitab yazırdım, musiqi dinləyirdim.
– Bəzən dənizçilərimiz sosial durumlarından şikayət edirlər, sən səlahiyyət sahibi olsaydın daha nə edərdin və necə edərdin?
-Mən hələki o səlahiyyət sahibi deyiləm ona görə də bu suala cavab verə bilmirəm.
– Dənizçilərimizin bu günki durumu səni qane edirmi?
– Bizim dənizçilər dünyada öz sözlərini demiş dənizcilərdir.
– Son olaraq nə demək istərdin oxucularımıza…
– Bu maraqlı müsahibəyə görə sənə və kolektivinizə təşəkkür edirəm. Oxucularınıza maraqlı və xoş günlər arzulayıram.
Söhbətləşdi : Tural Balabəyli