Bakıda dələduzluqla üzləşdiyini bildirən 23 yaşlı Baloğlan Həbibzadə polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinə müraciət edən gənc bu ilin iyununda Ağacabədi rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Aslanovun onu aldadaraq külli miqdarda pulunu aldığını bildirib. B.Həbibzadə qeyd edib ki, həmin şəxs aldatma yolu ilə onun 20 min dollar (34 000 manat) pulunu alıb.
Müraciət əsasında araşdırmalara başlanılıb.
Nizam Rza