Rusiyada qeyri-adi bir məzar daşı hazırlanıb. Şəhərdəki qəbiristanlıqların birində telefonunu çox sevən 28 yaşlı gənc qıza “iPhone 6” şəklində məzar daşı hazırlanıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, qara mərmərdən hazırlanan məzar daşının üzərindəki ekran qismində ölən qızın şəkli, adı,doğum tarixi və öldüyü tarix yazılıb. Telefonun yan tərəfində səs artırıb azaltmaq üçün yer, arxa tərəfində bir kamera və telefonun loqosu yer alır.
Qeyd edək ki, ölən qızın ailəsi haqqında məlumat verilməsə də, qəbir daşının hazırlanmasında 800 dollardan artıq pul xərcləndiyi bildirilib.