Gənc qızın mədəsindən yarım kq tük çıxdı…

Gənc qızın mədəsindən kilo yarım tük çıxıb.
Hadisə Türkiyədə baş verib.
Antalya şəhərində mədəsindəki şiddətli ağrıya görə xəstəxanaya yerləşdirilən 20 yaşlı Seda Nur Sayqının mədəsindən əməliyyat zamanı kilo yarım tük çıxarılıb. Məlum olub ki,  qız uşaq yaşlarından saçını yeyirmiş.
Seda Nur mədəsindəki ağrıya görə dəfələrlə həkimlərə müraciət etsə də, heç kim onun mədəsində tük olduğunu bilməyib. Kəpəz Dövlət Xəstəxanasına yerləşdirilən qızın mədəsi əməliyyat olunaraq tük çıxarılıb və mədəsi yuyulduqdan sonra tikilib.

Share: