Müstəqil.Az olaraq daha bir igidimiz haqda söhbət açaqcağıq. Əsgərləri sadəcə ona “Turqay komandir” deyir. Baş leytenantdır.
Əsgərlərinə xüsusi qayğısı, diqqəti ilə də fərqlənir, sevilir. Gənc zabit olsa da taktiki gedişləri, tapşırılan tapşırıq, verilən əmrin yüksək səviyyədə yerinə yetirilməsi isə Turqay komandiri komandirlərinin də sevimlisinə çevirib. Komandirləri, yüksək rütbəli zabitlər ona güvənir, haqqında xoş danışırlar.
Kimdir axı bu gənc zabit?
Qəhrəmanımızı yaxından tanıyaq; Bölüy komandiri, baş leytenenant Turqay İbrahimoğlu. 1994-cü ilin sentyabr ayının 29-da Ordubad rayonun Kələki kəndində anadan olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Azərbaycan Ordusunun zabiti kimi xidmət edir.
Söhbətimiz zamanı zabitimizdən keçdiyi döyüş yolundan bəhs etməyi xahiş edirəm. Təvəzökarlıq edir, özü haqda susmağa üstünlük verir. Füzuli, Cəbrayıl, Qubadlıdan keçən döyüş yolundan ötəri söhbət edir: Mənim yadda qalan keçdiyim döyüş səhnələri çoxdur, amma bu minlərlə oğullarımızın, əsgər və zabitlərimizin keçdiyi döyüş yolundan heç fərqlənməz. Bu bizim görəvimizdir, biz Ölkəmizin, Ordumuzun, Ali Baş Komandanımızın əsgərləriyik, – deyir.
Özündən çox əsgərlərindən, zabit dostlarından, silahdqaşlarından söz açır. Tabor komandiri olmuş şəhid polkovnik –leytenant Nail Orucovdan, şəhid – rabitəçi əsgər Bəylərov Elnurdan bəhs edir.
Dost, silahdaş, əsgər itkisi gənc zabitimizin düşmənə qarşı qəzəbini daha da artırıb. Leytenant Xalid Kazımlının, əsgərlər Novruzov Natiq, Ələkbərzadə Allahşükür, Səfərli Toğrulun adlarını xüsusi qeyd edir, digər əsgərlərindən söz açır: Ayrı oğlanlardı, ürəklidirlər, döyüşə göz qırpmadan girməyə daima hazırdlar, fərqlənirlər, – deyir.
Turqay İbrahimoğlu Azərbaycan Ordusunun yaranmasının 100 illik yubiley medalı, “Cəbrayılın azad olunmasına gərə” və “Qubadlnın azad olunmasına görə” medalları ilə təltif olunub.
“Mən zabitəm, ordunun əsgəriyəm, həmişə də əsgər olacağam”, deyir Turqay komandir.
Əsgəri, döyüşdə fərləndiyinə görə medallarla təltif olunan Toğrul Səfərli komandiri haqda deyir: Ən kritik vaxtda adama elə güc verir ki… Haydı oğullarım, əsgərlərim, aslanlarım, qardaşlarım, özünüzü qoruyun ki, Vətəni də qoruya biləsiz, düşməni də məhv edə biləsiz, deyir. Bütün döyüş xəttinə nəzarət edir, həmişə də ardımca gəlin, deyib ilk olaraq özü irəli atılır.
Turqay Komandir hazırda işğaldan azad olunan, lakin ən kritik bir bölgədə xidmət edir. Vəziyyətlə maraqlanıram. Sakitşilikdi, narahat olmayın, – deyir.
Biz isə doğurdan da narahatıq. Turqay komandirin və onun əsgərləri kimi yüzlərlə əsgərlərimizin sayəsində sakitçilik olsa da, narahatıq…
Tanrı ordumuzu qorusun!
Faiq Balabəyli