Gərək, elə Prezident deyə?

Faiq BALABƏYLİ

Hamı gözləyir, görək Prezident nə deyəcək? Prezident deyir və bu  gözləyənlər deyilənləri  tutuquşu kimi təkrarlayırlar.

Elə götürək Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikrini. Dəqiq və düşünməyə əsas verən məsələdir. Amma gec deyilməyib ki… Məncə bu, bəzi ağzıgöyçəklərin dediyi kimi heç də  deyil. Daha doğrusu gec oilan  bu münasibət Prezident tərəfindən gündəmə gətirilməsi vaxtında atılmış bir addımdır.

Gərək elə Prezident deyə? Əlaqədar təşkilatlar gömür? Bəlkə elə o “əlaqədar təşkilatlar” Prezidentin qınaq obyektinə daxil olanlardandır…

Onsuzda məlum olan odur ki, ayrı-ayrı məmurların media orqanları yaratmas müstəqillik illərimizin bütün zamanlarında olub. Və göz qabağında olan bu məsələlər əslində o adamlar tərəfindən dayandırılmalı idi ki, əksinə elə o məmurlar özləri buna rəvac verir.

Məlumdur ki, bir çox qəzet və saytlar  qeydiyyatdann keçdikləri andan  iyrənc bir siyasətə xidmət edib və edir. Məmurlar “nayomnik” mirzələrinin vasitəsi ilə bir-birinin eybini açıb tökməklə həm özlərini, həm də sifariş verdikləri adamları abırdan salır.

Və axırda ölkə başçısı dil olub dillənir, bu mövzuya bir də qayıdacağını deyib belə “ümummiili ünsürlər” olan məmurlara kəskin xəbərdarlıq edir.

Bu çox yaxşı. Yaxşı olmayan odur ki, indi bütün də olmasa əksər saytlar Prezidentin bu münasibətini az qala manşet edir.  Doğru da edirlər. Doğru olmayan isə odur ki öz gözlərindəki tiri görmürlər. Yaddaş vərəqləndikdə isə görürsən ki elə bu saytların və qəzetlərin əksəriyyəti hansısa məmurun “siğə”si olan mətbu orqanıdır.

Yaxşı ki, Mətbuat Şurası belə məsələlərə həssas olub. Çeviklik edib iyrənc məmurlar tərəfindən himayə olunaraq  iyrənc məqsədlər üçün yaranmış bu media nümunələrinə dəfələrlə yerini göstərib. Bu sayt və qəzetləri qara siyahıya salmaqla bir çox işlər görüb. Amma çox vaxt hansısa sirli  barmaqların işarəsi ilə məhkəməyə verilən bu qəzet və saytlar çullarını sudan elə quru çıxara biliblər…

Düşünürəm ki, Prezidentin narahatlığı və xəbərdarlığı i bəzi qulaqlara dərhal çatacaq.

Çirkin məqsədlərini, niyyətlərini gerçəkləşdirmək üçün mətbuatdan əl çəkəcəklər…

 

 

Share: