“Garant Company” LLC 2015-ci ildə Çinin Yiwu şəhərində fəaliyyətə başlayan beynəlxalq satınalma və təchizat şirkətidir.
“Qafqazinfo” xəbər verir ki, başlanğıcda, sadəcə Çin satınalmaları üzrə ixtisaslaşmış Garant Company, hər zaman yeni və fərqli bazar axtarışı içərisində olub. Bu səbəblə, hər il yeni ölkə bazarlarında və fərqli sahələrdə öz fəaliyyət dairəsini genişləndirib.
Şirkət hazırda uzaq Şərq, Avropa Birliyi və MDB-yə üzv ölkələr, həmçinin Türkiyə, İran kimi qonşu ölkələrlə də təchizat zəncirinin təşkilini həyata keçirməkdədir. Fəaliyyət müddəti ərzində dərman preparatları və qida məhsulları istisna olmaqla iyirmidən çox çeşidli məhsul kateqoriyalarında yüksək satınalma təcrübəsinə sahib olan şirkət, bu sahədə ölkə bazarının liderlərindən birinə çevrilib.
Baş ofisinin dünya ticarətinin mərkəzi olan Çində yerləşməsi lokal biznes tərəfdaşları üçün bir sıra üstünlüklər yaradır.
Belə ki, şirkət əməkdaşlarının yerli mütəxəssislərdən ibarət olması bazar araşdırması və məhsul alışlarında ən səmərəli və effektiv həllər təklif edə bilməyinə səbəb olur. Bundan başqa, Çin hökümətinin ixracı dəstəkləmək məqsədi ilə ayırdığı subsidiyaların hesabına bir çox sahədə müştərilərə güzəştli qiymət təklif etməyə imkan verir. Digər tərəfdən istehlakçı ilə yarana biləcək hər hansısa uyğunsuzluq halında şirkətin Çİn təyinatlı olmasının verdiyi üstünlük sayəsində daxili qanunvericiliyə uyğun olaraq hüquqi müstəvidə istehlakçının öhtəliklərini tam şəkildə yerinə yetirməsini Arbitraj məhkəməsində tələb edə bilər.
Bütün bu xidmətlərin Bakı ofisi ilə vahid komanda şəklində icra olunması müştərilərə Çinə getmədən prosesin bütün mərhələlərində yaxından iştirak etməsinə imkanı yaradır. Bu isə öz növbəsində məhsul təminatında yarana biləcək nöqsanları minumuma endirəcək.
Yarandığı gündən etibarən keyfiyyətli və peşəkar xidmət göstərməyi başlıca prioritet olaraq görən Garant Company, təsadüfi deyil ki, bütün müştərilərinin etibarli tərəfdaşı olub. Çünki, güvən bizim üçün hər zaman öndədir.
Əlaqə: +994 51 215 44 00
+994 51 215 44 01
Web: www.garantcompany.az