“Gecə canavarları” İrəvanda: təbliğat başladı

Rusiyanın “Gecə canavarları” motoklubunun baykerləri və Rusiya Motosiklet İdman Federasiyası Ermənistanda “Ermənistan. 1718” motosiklet və avtomobil yürüşünə start verib.

Müstəqil.Az xəbər verir ki, sentyabrın 8-də başlayan tədbir “1718. Su qan deyil” şüarı altında baş tutub.

Motoyürüşün erməni və rus xalqlarının çoxəsrlik dostluğuna həsr edildiyi vurğulanıb.

Yürüş sentyabrın 16-na qədər davam edəcək.

Qeyd edək ki, “Gecə canavarları” motoklubu Putinin siyasətinin əsas təbliğatçılarından biri kimi çıxış edir.

İlkin Mete

Share: