Türkiyəli aktivisit Cingiz Alğan ötən günlərdə həbs edilən CHP-nin İstanbul təşkilat rəhbəri Canan Kaftancıoğlu ilə bağlı inanılmaz iddia irəli sürüb.
Müstəqil.Az xəbər verir ki, Alğan Tvitter səhifəsində bildirib ki, İstanbul üzrə keçirilən bələdiyyə seçkilərində (31 mart, 2019) səsləri saxtalaşdıran qrupun rəhbəri Kaftancıoğlu olub.
“Kaftancıoğlu real seçki nəticələrinin açıqlanacağı zaman (fərq bir neçə saata 13 minə qədər enəndə) gecə yarısı hakimlərlə görüşüb səslərin sayılması prosesini dayandıran şəxsdir. Seçkilərin yenilənməsinə səbəb olan komandanın qurucusudur. Əslində, bunun araşdırılması lazımdır”, – deyə Alğan bildirib.
Kamran Ə.