(İkinci yazı)
Sevgi də (lirik) hissdir. O hissi dərin qatlara endirə bilmək (isə) eşqanə vəcddir. Bu halı yaxşı qavrayanlar üçün həyat hər güntəzədir. Deməli, insanı yanğıda qovuran hissin adı eşqdirsə, həyatı insana yük edən də məhz bu yanğıdır…
Eşq həyat səltənətidir; onda zaman-zaman ibrətamiz hislərtəlatüm edib. Bu duyğunu təmiz məqsəd hesab edənlər heç vaxtyanlış təfərrüatlara düşməyiblər. İstər ruhi dəyərlərdə, istərsə dəmaddi proseslərdə eşq zəruri oblastdır, insan onun əhatəsindəsadəcə, bir müşahidəçidir…
Belə deyək, istedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabında da eşq (sevgi) bir həyat səciyyəsi kimi qabarıq diqqətçəkir. Maraqlıdır ki, şair bu hissi (başqalarına nisbətən) çığırtıkimi deyil, həzin pıçıltı kimi verir, onu ürəyə, gözə və qəlbəməhkum edən zərurətləri mədəni tərzdə cilalayır, duyğularıçırpıntıya məruz qoyur və s.
“Gecə xəyalları”ndakı lirik təcəssümü oxuculara təqdim edək:
***
Bir badə şərabtək içildi getdi,
Mən belə sevgini neynim, İlahi?
Demək ki, yanlış məzmunda ibadətkarlıq məhz yanlış da tərzformalaşdırır. “Bir badə şərabtək içilən sevgi” doğru səmt deyil; şairi təəssüf hissində boğan insanların eşqə sadəcə bir yanğıkimi məna vermələridir. Yanğı bir anlıqdır, sevgi isə əbədi. Əbədi olanı bir ana qurban verənləri şair iki sətirlə ciddiməzəmmət (və hətta) tənbeh edir…
***
Neynirdim iki əli, ayağı,
İki gözü, qulağı,
Bu qədər barmağı neynirdim?
Mənə iki ürək verəydin, Allah…
Şair “Mənə iki ürək verəydin, Allah…” deməklə sevəbilməyənlərin də yerinə sevmək məsuliyyətini üzərinə götürür, əslində isə eşqin İlahi bir təşnə olduğuna diqqət çəkir.
***
Süzüb ayaqdan başacan,
Baxıb dodaqdan qaşacan,
Səni gözlərimə yedizdirəcəyəm.
Sonra da oturub ayna qabağında
Könlümə köçürəcəyəm.
Bəzən elə yeni ifadələrə rast gəlirik ki, heyranlığımızı gizlədəbilmirik. Rəfail Tağızadənin “Səni gözlərimə yedizdirəcəyəm” fikri də bu tərz yeni ifadələrdəndir. Diqqət edək; şair demir ki, səni özümə öyrədəcəyəm, yaxud səni semək iqtidarındayam, tamamilə başqa rakursda fikir ifadə edir, dərin-sətiraltı mənaqurur, gözlərin “yemək” cəhdini əldə etmək, mənimsəmək kimixarakterizə edir.
***
Bu gecə sevdiyin hər şey sənin,
Səmanı verim sənə,
Bir də aylı gecəni…
Söykənib arzulara
Doyunca baxım sənə.
***
Əllərində bir dəniz,
Gözlərində bir röya,
Yanağın bir ay kimi…
Necə də gözəl həyat,
Sığın bu sinəmə, yat.
Tənhalıq girdabında çabalayanlar üçün ən rahat yer sinədir; orada tüğyan edən sabit təcəssümlərdir. Şair bu baxımdan “Sığınbu sinəmə, yat” deyir. Başqaları bu sətirdə zina pərdələriaxtarırsa, biz daxili hissi həyata doğru sövq edən məna axtarırıq.
***
Daha bu sevginin əlindən tutub
Hara gedəcəyəm bu gündən belə?
Olan gümanlar da bura qədərmiş,
İtirdik illəri biz bilə-bilə.
***
Təzə öyrəşirdik bir-birimizə,
Duyğular yenicə baş qaldırırdı…
***
Nəmli dodaqlarında xəfif təbəssüm
Bir qız boylanır aylı gecənin pəncərəsindən…
Bu sətirlərdə (də) darıxan qəlblərin sevda təlatümləri var; bizhər sətirdə müəllifin sevgini hansı elmlə xarakterizə etdiyininfərqinə varmağa çalışır, onun cəhdlərini alqışlayırıq…
“Təzə öyrəşirdik bir-birimizə, Duyğular yenicə baş qaldırırdı…” fikrində sevginin hansısa bir təsirdən deformasiyaya uğradığınısezir, ayrılıq nəğməsinin çalındığını eşidirik. Demək ki, yanlışsevmək tərzi ayrılıqla üz-üzə durmaq məqamıdır, ani bir inciklikbu prosesi sürətləndirir… Məhz Rəfail müəllim də bunu təlqinedir ki, eşq yanğı sxemi deyil, o, qəlbin sınmaz təməlidir, sadəcəonu bu şəkildə qavramaq lazımdır.
***
Nə sən varsan,
Nə dərdimi deməyə bir kimsə…
Gəl, çıxart məni sənsizliyindən.
***
Bir cüt gül,
İki damla göz yaşıyla.
Sevgi tənhalıqla “qohumdur”, doğru olmayan düşüncə onu adibir hiss kimi mənalandırır. Sevən insan həm də dərin bir qəriblikhissi yaşayır. Qərib adamın sevgisi tənha adada kölgə uman birquri ağac kimidir və s. Bu mənada, Rəfail müəllim mümkünolanı mümkünsüzə çevirənlərə hayqırır, onlara qəlbi dolaşıqhislərdən uzaq tutmağı məsləhət görür…
Və nəticə etibarilə, sevgidəki məqamın bitmə dövrü “Bir cütgül,
İki damla göz yaşıyla” tamamlanır. Bununla, insan həyat necəbaşlamışdısa, eləcə də (bir) vida marşı çalır, özünü geridəkiməsamələrə atır, yolunu-rizini itirir…
Əsl sevginin nə olduğunu anlamaq istəyənlərə RəfailTağızadənin “Gecə xəyalları” kitabını oxumağı məsləhətgörürük…
Hikmət Məlikzadə