Sevinc ARZULU
Ən uca mərtəbəyə-Şəhidlik zirvəsinə ucalan, ölümü ilə Azərbaycan xalqını matəmə qərq edən, bu gün Şəhidlər xiyabanında torpağa tapşırılan General-mayor Polad Həşimovun əziz xatirəsinə
Əsgərə dost oldun sən, pənah oldun,
Qaranlıq gecəyə nur sabah oldun.
Ən ağır döyüşdə , heyf, həlak oldun,
Rəhmət ilə edəcəyik səni yad,
General Polad.
Əzmliydin, vüqarlıydın hər zaman,
Andına düz ilqarlıydın hər zaman.
Böyük zəfər soraqlıydın hər zaman,
Şəninə yaraşır bu şöhrət, bu ad,
General Polad.
Gedən torpaqların dərdini çəkdin,
Yüz mindin, milyondun.Sanma ki təkdin.
Qəlblərdə azadlıq toxumu əkdin,
Qarabağ olacaq tezliklə azad,
General Polad.
Erməni atəşdə qovrulacaqdır,
Elə öz qanında boğulacaqdır.
İlqarlar, Elçinlər doğulacaqdır,
Nəğmələr deyəcək vətənpərvər lad,
General Polad.
Şuşaya yol alır bu cığır, Vətən,
Intiqam, intiqam-bağırır Vətən.
Qələbə gününə çağırır Vətən,
Alaq Qarabağı, ruhun olsun şad,
General Polad.
15.07.2020.