General-leytenant Rövşən Əkbərov həbs olunub.
Müstyəqil.Az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Əkbərov hüquq-mühafizə orqanları tərəfindən bu saatlarda həbs olunub.
Hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılır.
Qeyd edək ki, O, 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.
Rövşən Əkbərov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Müstəqil.Az