Generallarımız, əsgərlərimiz doğulur

(General Polad Həşimovun xatirəsinə)

Qınirənin gözləri və qulaqları səksəkə içində idi, tez-tez evin qapısına baxır, mətbəxdən gələn səsə də reaksiya verirdi. Dünən onun doğum günü olmuşdu, anası mətbəxdə hazırlıq işləri görmüş, qonşudakı rəfiqələri gəlib onu təbrik etmişdi. Atası Səlim isə srağagündən gedən idi, hələ gəlib çıxmamışdı. O gedəndən Qənirə binanın pəncərəsindən həyətə boylanır, atasının maşınını sıra ilə dayanan maşınların içərisində görmədikcə, gözləri yol çəkir, otaq boyu incik-incik gəzirdi…

Qapının zəngi çalındı, Qənirə dəhlizə yüyürdü, atası evə girər-girməz beş yaçlı qız onu qapıda qarşılayaraq:

– Səndən küsmüşəm. Ad günümdə tək qoydun məni. Atam deyilsən, – deyib incik halda sol yanağını çiyinlərinə sıxdı, dodaqları büzüldü, incikliyini həm də bu cür bildirdi.

Anası, Qızım, ata yorğundu. Bir az dincəlsin  sənin ad günün hədiyyəsi olaraq könlünü alacaq, deyib həyat yoldaşının gəlişindən sevindiyini də gizlədə bilmədi, – Gəl çıx da, yaxşı ki zəng etmişdin, yoxsa bağrım partlayacaqdı.

Qənirə anasının sözün kəsərək, atasının boş əllərini göstərdi:

– Bax, heç  hədiyyə də almayıb.

Səlim mətbəxə keçərək:

– Bir stəkan çay, sonra da yemək ver, dedi, qızını gülümsəyərək yanına çağırdı,  saçlarını oxşayıb, qucağına aldı:

– Qızım, ata istəməzdi ki, sənin gözəl günündə səninlə olsu?. İşim çıxdı, ürəyim sənin yanıda idi, anana zəng edib demişəm axı. Hədiyyən isə maşındadır. İkimiz birlikdə gedib gətirərik.

Qənirənin incikliyinin yox olduğunu görüb, əlavə etdi:

– Amma atanın başına həm qəmli, həm də xoş olan hadisələr gəldi.

– Nə hadisə gəldi ki? Tez danış, deyib yerini daha da rahatladı, atasına sığındı, – danış…

Səlim qızının başına yenidən sığal çəkərək yoldaşının da eşitməsi üçün  hadisəni bir az ucadan danışmağa başladı:

-Binamızın girişindən təzəcə aralanmışdım ki, binaya yaxınlıqda  bir ana yaxınlaşdı ki, oğlum pulum azdı, iki oğlum vətən uğrunda şəhid olub. Tovuza getməliyəm. Məni rahat bir yerə apara bilərsən, ordan da Tovuza gedərəm. Qızım orda gəlindi, Ağdam kəndində. Mən nənə olacam.

Qənirə dil boğaza yığmadan atasının sözünü kəsərək:

– Apardın?

– Hə, qızım, apardım. Anaya dedim ki, mən özüm elə otərəfə gedirəm, otur aparam dedikdə, elə sevindi ki… -Səlim, qızının səbrsizliyinə gülümsədi.

Səlim yoldaşnın gətirdiyi çaydan içmək istəsə də, Qənirə buna imkan vermədi:

– Ata, bəs sonra…

Qızının marağı Səlimə də sirayət etdi,  gülərək söhbətini davam etməyə başladı:

-Yolda xəbər aldıq ki, Ermənistan ordusu Tovuza hücum edib, güclü atışma başlayıb, 7 şəhid vermişik. Hücumun da əsas istiqaməti Ağdam kəndi olub, ananın halını təsəvvür edin də…Mən də rahatsız oldum, anaya ümüd verdim ki, narahat olmasın, ordumuz güclüdür.

Şəhidlərimizin arasında zabitlərimizin, xüsusi ilə  general Polad Həşimovun da olması vəziyyətin ciddiliyindən xəbər verirdi, bu hər gün baş verən atkəsi pozmaq deyildi.

Qızının maraqlllı filmə baxırmış kimi ona diqqət etməsi Səlimin ürəyincə idi.

-Qızım bu həmin general Poladdır ki, Aptel döyüşlərindən sonra ona verilən evi şəhid olmuş  əsgərinin ailəsinə bağışlamışdı. Bu dəfəf də xüsusi qəhrəmanlıq göstərmiş, səngərdə əsgərləri ilə çiyin-çiyin döyüşüb və şəhid olmuşdu.

Qənirə yenə atasın sözün kəsərək:

– Şəhid nədir?, – soruşdu.

– Qızım şəhid nədir yox,  kimdir soruşarlar… Şəhid – yüksək amal, məslək, əqidə, din və ya inanc uğrunda ölən, canını fəda edən adama deyilir. Şəhid olma hadisəsinə “şəhadət” çatmaq deyilir.

Səlimin yoldaşı Qənirəyə acıqlanaraq:

– Qoy atan tamamlasın fikirlərin, dedi.

Səlim söhbətə davam etdi:

– Uşaqla işin olmasın, soruşursa deməliyik, indidən bilməsi vcibdir.

Sonra Qənirənin saçlarını qoxladı, üzündən öpdü, Hə qızım, biz Tovuza çatdıq. Döyüşlər Ağdam kndində gedirdi, Qadını o kəndə qədər apardım, yarı yolda saxlamaq olmazdı xı, düzdü qızım?
-Hə, atacan, yaxşı eləmisən, nənəni kəndə qədər aparmısan… Qənirə atasının ona müraciətlə danımasından məmnun görünürdü.

– Ağdam kəndinə, ananın qızının gəlin olduğu evə çatdıqda məlum oldu ki, ailədə hamı həyacan, təlaş içindədur. Çatdığımızda, Allahın möcüzəsi idi, ya nə idi,  gördük ki, şəhid qardaşlarn bacısının sancısı tutdu. Mən o qadını, bu vəziyyətdə olan gəlini, atəş altında olan kəndi tərk edə bilməzdim axı. Qadının qızını güllə yağışı altında rayon mərkəzinə, xəstəxanaya apardıq. Gəlin ana oldu, oğul anası.

Qənirənin marağı bitmirdi ki bitmirdi.  Yenə səbrsizlik edib soruşdu:

– Ata, o balaca oğlan kimə oxşayırdı?

– Azərbaycan əsgərinə- Səlim fikirləşmədən cavab verdi.

Qənirə üzünü atasının sinəsinə söykəyib, altdan yuxarı baxaraq soruşdu:

– Bütün oğlanar əsgərə bənzəyir?

– Hə, qızım.

Sonra əlavə etdi:

Qızım indi bütün oğlanlar  təkcə əsgərə bənzəmir, onlar əsgər doğulurlar, – Səlim ehmalca Qənirəni dizinin üstündən götürüb döşəmənin üstünə qoydu, soyumaqda olan çaydan bir udum içdi. Qənirə yenə də atasından əl çəkmədi, sualları bitməmişdi:

– Ata, bəs sonra nə oldu?…

– Heç qızım, mən bu apardığım qadına göz aydınlığı verdim, təbrik etdim, xəstəxananın həyətində durub bu şad xəbərə sevinən qohumlar uşağa mənim ad qoymağımı istədilər. Mən də uşağa ad verib ayrıldım.

Bu dəfə Səlimin yoldaşı, Qənirədən də səbirsiz oldu:

– Hansı adı qoydun?

– Uşağın adını Polad qoydum. Bir general şəhid oldu, əvəzinə  bir və minlərlə general doğuldu… Generallarımız, əsgərlərimiz doğulur…- fikirli-fikirli dedi, Səlim.

Tural Balabəyli

R.S Hekayə Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəisi olan general Polad Həşimovun xatirəsinə keçirilən müsabiqəyə təqdim olunub

Share: