İslam Peyğəmbəri – Yusif (ə.s.ə.)-ın sümükləri Qubadlıda – tarixin “Qızıl qapısı”nda dəfn olunub (Vatikanın milli kitabxanasından. “Zəngəzur dəhlizi” qovluğundan…)
“…Hava eynilə Misirdən çıxan vaxt kimi idi. Gah göy guruldayırdı, yağış yağırdı, gah da bir müddət şimşəkdən sonra göyün təmiz və şəffaf hissəsində çalın-çarpaz xətlər bir müddət adamın başı üstündən çəkilmək bilmirdi. Sonra göyqurşağı yaranırdı.
O üstündə min bir işarəsi, xətti olan əsasını bir yana qoyub, torpaq qalağının üstündə əyləşdi. Əllərini göyə qaldırdı. “Daha – dedi, – bacara bilmirəm, Allahım, gücüm çatmır.”- Onun hər sözündən sonra şimşək çaxır, göy guruldayırdı.
Sonra o, yanındakı ipləri dolaşıq düşmüş torpasına əl yetirdi. –“Məni bağışla Allahım, Ya Rəbb, qarşında özünə sığınmış bir peyğəmbər olduğunu görürsən. Mən tənha və gücsüz qalmışam, Allahım. Mən Azərbaycan torpağını erməni köləliyindən azad edib, cəhənnəm əzabından xilas etdim. Onları Cəhənnəm dərəsindən çəkib çıxartdım. Allahım – Musa Peyğəmbərin bu an hər iki gözündən yaş gəldi, – dedi, bəs hanı mənim pərən-pərən olmuş, yurdu vuranə qalmış, altmış səkkiz yerə bölünmüş, didərgin düşmüş övladlarım, hanı? Mən indi onları bir yerə yığa bilmirəm. Axı ya Rəbbim, sən Tur dağına məni qaldıranda dedin ki, bax dağların ətəklərinə ya Musa… Mən də baxdım. Dedin ki, qayalar kimi ovulmuş bu övladlarının hər biri yer üzünü bürüyən, onun altını üstünə çevirən gücə malik bütün xəstəliklərə, qırğınlar törədə biləcək, ailələri dağıdan, ananı baladan edən, döşlərdəki südü çürüdən, sümükləri əridən, bir göz qırpımında insanı məhv edib, öldürən xəstəliklərə dərmandır. Bəs hanı, Allahım?”
Allah Tur dağında Peyğəmbəri səbrlə dinlədi.
Şimşək çaxanda Musa Peyğəmbər lap əvvəlki kimi – uşaqlıqda qorxan kimi qorxdu. Əsadan bərk-bərk yapışdı. Bu dəfə bir səs gəldi:” Ya Musa” – dedilər. –“ Allahdan nida gəldi ki, səni sevindirək. Peyğəmbər üçün Cənnəti verdik. Bu yerlər sənindir. Allah səninlədir. Damarlarında gəzdirdiyin qan dünyanın, yerin, göyün nicat körpüsüdür. “
– Mən bir dəfə bərk qorxdum, – Peyğəmbər dedi.- Dilim də o vaxtdan dolaşıb, qalıb. Allahla yaxşı danışa bilmirəm,” – Peyğəmbər pıçıldadı.”- Mən – bu gün Yusif Peyğəmbərin Misirdən gətirdiyim sümüklərini dəfn edəcəm. Əzizim Yusifin vəsiyyətini yerinə yetirəcəm.” – “Səbrlə ya Musa –sədasını eşitdi.- “Səbrlə bu dünyanı qoruyub, saxlamaq mümkündür.”
– Allahım, mənim Ana südümü qaytar. – Musa əleyhissalam əsaya bərk-bərk sığındı. Qaytar – pıçıldadı. Mən o südü itirəndən bəri mənimçün ayırdığın paklıq, dalət və insanlıq yollarını itirirəm, onları biri-birinə qarışdırıram. Yaxşı işə yamanı, haramla, haralı… biri-birindən ayıra bilmirəm. Nəfsim iti qılınc kimi ürəyimin başında dayanır.. Mən daha bacara bilmirəm. Bütün bunların önündə gücsüz qalmışam. Götür bu missiyanı üstümdən Allahım…
– Mən onu sənə qaytaracam, ya Musa – səs eşitdi.- Mütləq… Sən və sənin övladların o südü saxlaya biləcəkmi?
Peyğəm bir müddət dayandı. O, hərəkətsiz qalmışdı və ara-bir başının üstündı şimşək çaxanda diksnirdi.
Musa Peyğəmbər yenə qeydbə səs eşitdi. Bu hüzünlə və qəmgin bir səs idi. “Ya Musa –yenidən – sən İbrahimin sümüklərini rahat burax. O sümükləri torpağa ver, onu dəfn et.
Peyğəmbər əvvəlcə içində İhrahimin sümükləri olan torbanın ağzını açdı. Yenə qeybdən səs eşitdi: – Ya Musa, sən torbanın ağzını açmadan, onu dəfn et. Misirdən necə gətirmisənsə, eləcə də dəfn et.
Musa Peyğəmbər əllərilə digər yeri qazdı. Torbanı qazdığı qalaya qoyub, üstünü torpaqladı. Çox adi bir qaydada Yusif Peyğəmbərin sümüklərini dəfn etdi. Və birdən əllərini göyə qaldırıb, var gücü ilə qışqırdı: Ya Rəbb… Məni azad et, gedim çobanlığımın dalınca. Mən daha bacarmıram. Götür üstümdən bu peyğəmbərliyi, əzabı, əziyyəti…
Onsuz da mənə şikəstliyimə baxmadan, rəhm etmisən. Vəzifə vermisən. Çobanam. İzn ver gedim.
Ona elə gəldi ki, hər tərəf, dörd bir yanı od tutub yanır… od içində qalıb. Sonra gözlərini var gücü ilə sıxıb, dayandı, qışqırdı: Yusif… Məni bağışla, övladım, bağışla məni… vəsiyyətinə gec yetişdim. Səni ürəyimcə dəfn edə bilmədim.
Basdırdığı torbanı yenidən çıxartdı və gözlənilmədən sinəsinə sıxıb, hönkürtü vurdu. Onun ağlaşması, harayı göyüb yeddici qatınadək gedib, çatırdı…
Allahdan yeni nida gəldi:
– Sən nə üçün ağlayırsan, ya Musa?
– Mənə “Əhd sandığı” deyilən içində səkkiz məvhə olan bir daş sandığı verdin, Allahım. Amma nədir bunun mənası snlamıram. Mən oxuya bilmirəm ya Rəbb. – Musa peyğəmbər peşimançılıq çəkdi… Həzrəti Yusifin Misirdən gətirdiyim vəsiyyəti hələ də boynumdadır. Mən onun müqəddəs sümüklərini dəfn edə bilmirəm. Harda dəfn edim, bilmirəm.
– Ya Musa, sən heç də peşmançılıq çəkmə… Allahın yenə nidası gəldi. Sən – Rəbb dedi, o sümükləri dəfn etmək üçün tələsmə. Sümüklərin sırasında ən balacası var, onu ayır… yanında saxla.
Sən onun vasitəsilə “Əhd sandığı”nın üstündəki və həm də içindəki, daş lövhələri oxuya biləcəksən. Mən həmişə sənin yanındayam Ya Musa. Sənə verdiyim “Əhd sandığı” yaşadığın və yola saldığın bütün əsrlərin yaddaşıdır, kitabıdır. O, sənin və dünyanın Allahınqan yüküdür. Sənin sığındığın “Əhd sandığı” yaşadığın dünyanın qan yükünü göstərən məxfi işarəsidir. Həzrəti Yusifin sümüyünü sənin üçün qələm etdik, ya Musa. Darıxma, Allah səninlədir. Biz dünyanı böldük. Hər kəsin payını, torpağını verdik. Səni heç kəs məğlub edə bilməz. Səni heç kəsə möhtac etmədik. Bu xalqlar sənin övladlarındır. Şəhərləri, torpaqları, yerin üstündəki və altındakı sərvətləri də bərabər böldü. Rəbb olan Allah bütün əzalara sığal çəkdi, nəfəs verdi… amma, bir şeydən başqa. Nəfsə nəfəs verə bilmədi. Gözə görünməz nəfsi yaratdığı xalqalara buraxdı. Sənin sığındığın “Əhd sandığı” bölünmüş şəhərlər üçün, torpaqlar üçün yenilməz, basılmaz, nəhayət məğlubedilməz bir qaladır. Sən isə darıxırsan.
– Bəs mənim sığındığım “Əhd sandığı”nın uğrunda müharibələr ola bilərmi?
– Müharibələr, qarşıdurmalar… “Əhd sandığı”nın uğrunda müharibələr ola bilərmi?
– Müharibələr, qarşıdurmalar… “Əhd sandığı”nın pozulmuş qanunlarıdır Musa. Kimə, hansı qəbiləyə nə lazımdırsa, hər şey verilib.
– Gördüyün bu əhd sandığı millətlərin, xalqların hər biri haqqında mükəmməl, dürüst və səxavətlə bölünmüş torpaqları, mülkləri haqqında xəbər verir. Allah bil ki, bütün bölgülərdə haqqın və ədalətin tərəfində olub. Su məsələsində təkcə bir mənbədə dayanıb. Dünyanın 640 (altı yüz qırx) məmləkətinin su mənbəsi Azərbaycan deyilən məmləkətdir. Bütün suları Böyük Allah orda bölüb. Heç kəs artıq götürə bilməz. Kim cəhd edib artıq götürərsə, qonşusunu susuz qoymuş olur. Yer üzünün və göylərin bütün bəlalarına, çaxnaşmalarına səbəb sudur. Həmin ərazinin bulağıdır. Yer kürəsinin öz dayağı (oxu-R.N.) ətrafında fırladan bulaqdır. Yer kürəsinin ən böyük dəyirman daşıdır. O yerin adını mən sənə dedim, Ya Musa. O yerin, ərazinin adı hələ ki, günümüzdə, zəmanəmizdə çəkilmir. O yerin adını “Əhd Sandığı”nda sən mənə oxutdun Allahım, Böyük Rəbbim o yer İmam Hüseynin, İmam Mehdinin, tayfanın, nəslin, xalqın arasında bölmədim. Şeytanlar min il o yeri, o ərazini məndən istədilər… yalvardılar, diz çökdülər. Əhdi pozmamaq şərtilə mən o yeri Şeytana verdim. Amma onlar əhdi pozdular. O yerin, o ərazinin yaşıl qanına… dünyanın 120 millətin qapını qatdılar. Mən İsrail oğullarına ərazilər, şəhərlər verəndə… O bölgüdə Azərbaycanın adını çəkmədim. Əhd pozulduqda o yerin Yaşıl qanı əriyib, çəkildi. “Əhd Sandığı”ndakı Daş lövhələrdə mən sən və əcdadlarına xəbərdarlıq edirəm. Yer üzünə gəlmiş, gələn… bütün sərgərdələr, hökm verənlər mənliyə əhdi pozub, dünyanın təlatümdə saxlayanları diz çökdürən qüdrətlər məhz onlar olacaq. Biz o ərazidə doğulanlara güc və qələm verdik ki, dünyanın qanunlarını, yaşamaq haqqını onlar yazsınlar. Bütün bunları o ərazidə yaşayanlar Allahın sevgisi ilə qazandılar.
– Sənin peyğəmbərlərindən olan Yusif Əleyhissəlam da mənə vəsiyyət qoyub ki, onun sümüklərini Misir torpağından çıxarıb, məhz sən deyən ərazidə dəfn edim, ya Rəbbim.
– “Əhd sandığı”nda mən onu göstərmişəm.
– Harda dəfn edim?
– Durduğum yerdə Əl Musa, Yusifi durduğun yerdə dəfn et. Ora səni mən gətirdim.
Kemlə yenicə işə gətirilmiş və ölkə başçısı İ.Stalinin şəxsi katiblərindən olmağa hazırlaşan Q.D.Strelnikov yazdığı məlumatı nəzərdən keçirtdi: 1. Böyük Britaniya – London XİN-nin Elmi Tədqiqat İnstitutu – 2-ci idarə. Professor, mikrobioloq Roy Riçard (o, həm də ölkənin Silahlı Qüvvələrinin generalıdır). 2. Fransa Silahlı Qüvvələri Baş Qərargahında məxfi sənədlərlə işləyən professor Jan Jak Bryus. 3. İsrail, Əl-Əqsa məscidi, genetik araşdırmalar müəllifi, professor A.A.Kappan, Ç.Kanada H.H.Q. hərbi kəşfiyyat. Baş Qərargaha məxsus genetik araşdırmalar (orduda) üzrə professor. 5. İran ölkəsi. Hərbi kəşfiyyat üzrə yaradılmış İnformasiya və Təhlil İdarəsi. General Qulam Səid Musəvi.
1935-ci il, 14 mart. 20 saylı məxfi qrif altında keçirilən – genetik məsələləri araşdıran qrupun fəaliyyəti haqqında yekun arayış. Arayış generaı Qamburq Dmitriyeviş Strelnikov tərəfindən yazılan arayış. (Məxfilik prinsipi qorunmaqla arayışın yazılmasında etdilər: L.N.Bobrov (polkovnik), T.Ə.S.Mirnov (mayor), O.M.Mironov (mayor)
1935-ci il, 15 mart. Ölkə başçısı İ.Stalin üçün yazılan arayış. (Qan hüceyrələrilə bağlı müzakirə beş saat davam etdi. Müzakirə arakəsməsi yenicə götürülmüş böyük bir otaqda keçirildi).
Baş Kəşfiyyat İdarəsinin polkovniki olan Q.D.Strelnikov Məxfi Arayışının bir yerində yazır: “İlk dəfə idi ki, mənə məlum olmayan mövzular haqqında eşidirdim. Yoldaş İ.Stalin danışmırdı. Uzun müddət susdu və gözlənilmədən fars generalı Qulam Səid Musəvidən soruşdu: – Siz, dedi, general Musəvi, nə üçün Azərbaycandan kənara çıxmırsız. Bilirəm, Siz uzun bir vaxtdır ki, millətin (azərbaycanlılar nəzərdə tutulur – R.V.) Gen hüceyrələrini araşdırırsınız. Sizi narahat edən nədir? Sovet İttiqafında genetika elmi qadağan olunub. Onu araşdırmaq, təhlil və tədqiq etmək qadağan sayılır. Bu məsələ İranda olmasa da, xəbərimiz var ki, Tehran klinikalarında – daha doğrusu ölkənizin əsasən hərbi kəşfiyyatın nəzarəti altında olan klinikalarda məxsusən ərazilərini işğal altında saxladığını azərbaycanlıların gen hüceyrələrilə məşğulsuz. Şah bunun üçün büdcədən xeyli sərvət ayırıb. Son iki ayın məlumatında isə bildirilir ki, bu işdə İngilis həkimləri də Sizə yardımçı olub. Səbəb? Mən bilmək istəyirəm ki, Sizi narahat edən nədir?
“Doktor Musavə” (onu belə çağırırdılar –R.N.) çox fikirləşmədi. Yoldaş Stalinin ciddi və zəhmli baxışları onu çaşdırdı, astadan pıçıldadı. Mən həkiməm, Ağaye Stalin. İnsanları qorumaq, onları bəlalardan qurtarmaq Allah qarşısında borcumuz, vəzifəmizdir… Həm ingilis elitasının, həm də bizim İran ordusunun çox mühüm bir genetik xəstəliyi aşkarlanıb.
– Bu o demək deyil ki, Ağa Musəvi, siz ayrı-ayrı millətləri, xalqların kökünü kəsəsiz… – yoldaş Stalin qəzəbini gizlətdi.
– Allah eləməsin Ağaye Stalin. Bizim Şahımız elə əzazil deyil, insan adamdı – “Doktor Musəvi” dedi. Biz London həkimlərilə bir yerdə işləyirik.
– İşləyin – yoldaş Stalin dedi. Amma insanların ləyaqətinə toxunmayın. Sizin milləti problemi nədir? – soruşdu.
– Həm bizim, həm də ingilislərin problemimiz eynidir. Hər ikimiz qan xəstəliyindən əziyyət çəkirik. Gen kodlarımızı ayırd edə bilmirik. İran əsgərləri arasında sümük ağrıları imkan vermir ki, ordu sağlam olsun. Boy artımı çox aşağıdır. İngilislərdə də belədir. Ona görə təcrübələrimizi bir aparırıq. London klinikaları Tehrana xeyli valyuta köçürüb. Bizə dedilər ki, qorxmayın, Ağa-ye Stalin hər şeyi bilir və şəxsən Ağa-ye Vorontsovla bir yerdə sənədlərə imza atıb.
Aramıza yenidən Sakitlik çökdü…
Polkovnik Q.Strelnikov daha sonra yazır ki, güman etmirdim ki, yoldaş Stalin bu məsələlərdən xəbərsiz olsun. Bu yığıncağa qədər gen hüceyrələrilə məşğul olan, daha doğrusu qeyri-qanuni iş görən əldə olunan tədqiqat mayeriallarını ingilis həkimlərinə satdıqları üçün professor Bıstrov Boris Vladimiroviç, akademik Stepan Mitrofanov (o həm də hərbi rütbə daşıyırdı), professor Leonid İsakoviç, həbs olunaraq, qısa müddətli istintaqdan sonra güllələnmişdilər.
Daha sonra Q.Strelnikov “Məxfi Arayışında” yazır: “Ertəsi gün söhbətdə Lavrenti Beriyado iştirak edirdi. “Stalin yoldaş danışanda tez-tez Lavrenti Beriyaya tərəf baxırdı. Çünki onun təqdim etdiyi kəşfiyyat materilları ciddi materillar idi. Yoldaş Stalin hərdən də ciddi materilların üstündən ötüb keçirdi. Nəyə cəhd edirdi, amma bacarmırdı. Çox məsələləri qapalı saxlayırdı. Stalin yoldaş sakit bir görkəm aldı. Professor Musəvidən soruşdu ki, Şah azərbaycanlılardan nə üçün qorxur? Söhbət qan hüceyrələrindən gedir. Sonra üzünü Lavrenti Beriyaya tərəf tutdu: – Lavrenti – dedi, general Xlebnikovu və professor İosif Matityeni çağırın.
Beriya bi anlığa yerindən qalxdı. Az müddət keçdi, “Mərkəzi həbsxanadakı klinikanın həkimi, professor İosif Matitye, general Qleb Xlebnikov astanada göründülər. İosif Stalin yoldaş onları təzim etməyə qoymadı, sadəcə yer göstərdi. Mənə vəzifəmi professor İosif Matitye davam etdirdi. Söhbətin hansı məcrada getməsini bilmədim. Ertəsi gün Lavrenti Beriya məni Azərabaycana – Bakıya getməyimi bildirdi. Bağlı zərfi Azərbaycan kommunistlərinin başçısı M.C.Bağırov yoldaşa çatdırmalı idim…”
Polkovnik Q.Sterlnikov arayışın sonunda yazır: “Mən üstündə bir neçə möhür olan zərfi Azərbaycan kommunistlərinin başçısı M.C.Bağırov yoldaşa verdim və həmin saat da mən Bakıdan Nasosnı deyilən ərazidən Moskvaya qayırmalı idim.
M.C.Bağırov məni tanıdı və diqqətlə mənə baxdı. O, çox zəhmli adam idi. Sən – dedi, Strelnikov Mavri kişinin oğlusın. Qubanın girəcəyində eviniz vardış Qapısı da bənövşəyi. Dostum, sən nə üçün heç olmasa o qapını ildə bir dəfə açmırsız?… Suala cavab tapa bilmədim. Nə isə Strelnikov mənim sənə ehtitacım var-əlavə eləldi. İstəsən Bakıya, yanıma gələrsən. Sonra o, pəncərənin çəftəsini çəkib, bir layını açdı. O, məndən məktubu alanda mox qəmgin və dumanlı görünürdü. Mən – dedi, məktubda nəyin olub-olmadığını bilirəm, Strelnikov – dedi, məni aldadırlar (Bağırov yoldaş mənği familyamla çağırırdı). Özününkülər aldadır. Amma bu millət millətlərin qaymağıdır. Ona silah çəkmək Allaha acığına gedir… Götür bu məktubu şəxsən Lavrentiyə verərsən. Bağırov yoldaş məni qapıyadək yola saldı… Telefon onun sözünü yarımçıq saxladı. Onda M.C.Bağırov Tehranla danışırdı. Kremldə gedən genetika söhbəti isə iki gündən sonra davam elədi”. Bütün söz-söhbət ingilis dilində gedirdi. Birdən heç kəsin gözləmədiyi anda səsini ucaldıb, Azərbaycan dilində kimə isə hiddətləndi. Ağa Qulami – dedi, İranda azərbaycanlıların başına açdığınız oyunları bitirin. Kreml, yoldaş Stalin hər şeyi bilir. Bilmirsiz ki, Siz həkimlərin ingilis həkimlərilə əl-ələ verib azərbaycanlıların ana südünə, qan hüceyrələrinə hücum edirsiz. İran Şahı Sizə məşhur din xadimlərinin sözlərini unutdurub deyəsən. Ölkənizdə bunu bilsələr tufan qopar, camaat ayağa qalxaq. Sonra azərbaycanlıların qabağını ala bilməzsiniz… Siz Şahınıza deyin, xəbərdarlıq edin. Bu azmış kimi amerikalı həkimləri də özünüzlə işləməyə dəvət edibsiz… Yoldaş Stalin azar açmayıb… Təbrizi elmi-tədqiqat mərkəzinə çevirmisiniz.
Millətin qanını zəhərləməyin Ağa Qulami. Bir yandan Siz, bir yandan ingilislər, bir tərəfdən fransızlar, bir tərəfdən də ruslar ermənilər mənim millətimdən istədiyiniz nədir?
Mən qapının arxasında quruyub, qalmışdım. Səs kəsilmişdi. Qəfildəın gözləmə otağının qapısı açıldı. M.C.Bağırov yoldaşgzləmə otağına keçib, əyləşdi. O, yorulmuşdu. Həm də daha zəhmli Bağırov kimi yox, hər tərəfdən məğlub olmuş çarəsiz bir adam kimi… tənha almışdı. Mən onu belə görürdüm. Sən – dedi, hələ getməmisən? – soruşdu. İstəyirsən sənə bir gecəlik Moskvadan icazə alım. Yox- dedim, yoldaş Bağırov, Getməliyəm – əlavə elədim. Dəhlizə çıxan kimi gördüm ki, hamı özünü yığışdırdı.
Moskva zəngindən sonra mən tələm-tələsik Mərkəzi Komitədən uzaqlaşdım. “Nasosnı” əırazisi İttifaqın ən böyük kəşfiyyat bazalarından biri idi. İttifaqın Baş Kəşfiyyat İdarəsinin Cənub qolu burda tədqiq olunurdu. Üstündə 004 yazılmış hərbi təyyarəyə yaxınlaşanda kimsə məni arxadan çağırdı:
– Yoldaş Strelnikov… Moskvalı qonaq…
Mən dayandım. Çağıran adam addımlarını bir az da yeyinlətdi. Çatar-çatmaz qoltuğuna sıxdığı zərfi mənə verdi: – Götürün – dedi, yoldaş Bağırov göndərdi. Ancaq özünüz oxuyun – əlavə elədi. Təyyarə qalxanda mən zərfi açdım və oxudum. Qırmızı qələmlə yazılmış məktub mənim üçün çox dəyərli və maraqlı idi. Məktubda yazılmışdı: “…Mavri oğlu, sən Astarxan bazara get. Yaşıl qan üçün, sərhəddə dağların döşünə sığınmı Dələli Şüvi kəndinin adamları ilə görüş. Cəmisi kənddə dörd ev qalıb. Sən o kənddən çıxma. Mən Lavrentiklə danışacam ki, səni işləmək üçün Şüvi kəndinə yola salsın…” Mən Bağırov yoldaşın o məktubu nə vaxt yazdığını anlamadım. Görünür hər şey əvvəlcədən hazır idi. Mən Bağırov haqqında xeyli sənədə baxmışdım, İran və Rusiya arxivlərində oxunmayan, tarixçilərimizin bu vaxtadək oxumadıqları məktubları oxumuşdum. (Təkcə Azərbaycan və Rusiya arxivlərində yoxa çıxmış 8 (səkkiz) qovluğun materiallarından savayı). Lakin Bağırov yoldaşın üzüntülü və yorğun sifəti gözlərimdəm getmirdi. O, yorulmuş canavara bənzəyirdi. Təqribən iyirmi gündən sonra Azərbaycanda epidemiya başlandı. Onda mən Moskvadan çıxıb, Bakıya, ordan da Astaraya gəlmişdim işləmək üçün. Sərhəd rayonlarında vəba tüğyan edirdi. Həmin vaxt öyrəndim ki, Şüvə kəndində qalan cəmi dörd evdən dəmirçi Haşim kişinin ailəsi köçüb. Amma hara, bilən olmadı “Yaşıl qan” mənim üçün yeni bir məsələ idi. Bağırov yoldaş ehtiyat edirdi ki, damarlarında “Yaşıl qan gəzdirənlər general Abakumovun əlinə keçsin. Mənə elə gəlirdi ki, Azərbaycanda “Yaşıl qan” əməliyyatı keçirilir. İnsanda “Yaşıl qan”ın olmasını isə ilk dəfə idi ki, eşidirdim… Bax: Şüvi kəndinin “Yaşıl qanı” kitabı. 1942-ci il. Lənkəran. “Sərhəd” mətbəsi).
Moskva. Kreml. 1939-cu il, yanvarın 8-i. Professor İosif Matitye arakəsməsi götürülmüş otaqda məlumat verdi. Otaqda ayrı-ayrı ölkələrin ETM-nin tanınmış mikrobioloqları, genetikləri, qan hüceyrələri istiqamətində tədqiqat aparanlar, (Qeyd etdiyimiz Böyük Britaniya, Fransa, İran, Belorusiya, İsrail… sonradan tədqiqata qoşulan ABŞ Kanada alimləri) genetik kodları qan hüceyrələrini araşdıran akademik Ruben Pavlovski Akademik İvan Saltıkov əvvəlcə yoldaş İ.Stalini dinləmək istədilər. O isə xarici ölkələrin nümayəndələrinə xatırlatdı ki, bundan sonrakı yığıncaqlarda onlarla professor İosif Matye və yoldaş Lavrenti Beriya işləyəcək.
Professor İosif Matye isə bundan sonra bütün genetik araşdırmalar istiqamətində aparılan söhbətlər aparılacağını dedi. Vladimirsk Mərkəzi həbsxanasında Stalin yoldaşın göstərişilə dörd ölkə üçün klinikaların genişləndirilməsi və icarəyə verilməsi qərara alınmışdı. İ.Stalin imkan vermişdi ki, həbsxanada nəzərdə tutulan ölkələrin genetikləri üçün hər qrup kiçik ETM-i qura bilər. Bunun üçünsə hər bir ölkə işləmək üçün öz milli valyutasını keçirmək üçün xüsusi icazə vərəqəsi almışdı.
Genetik araşdırmalar üçün həbsxanada 2 min 500 nəfərin istintaq materialları, dindirmə protokollar əsl genetik baza idi. Bu da razılaşdırılmışdı ki, hər bir klinikada işləmək üçün əlavə olaraq rus genetik alimləri də iştirak etməli idilər. Peterburqda tikilmiş “Məxfi həbsxana” siyasi həbsxana idi. Ona I Pyotrun məxfi-siyasi həbsxanası deyirdilər. Ondan sonra həbsxana II Yekaterinanın vaxtında yenidən quruldu.
Sonradan “Məxfi ekspedisiya” adlanan bu həbsxana demək olar ki, Türk dünyasına qarşı tikilmiş “Ölüm Sarayı”na çevrildi. Həmin vaxt dünyanı sarsıdan türk ziyalıları ayrı-ayrı dövlətləri çaşdırmışdı. Qorxu hissi türkiyəli kim vardısa sorğu-sualsız bura atılırdı. Bu həbsxana ömürlük həbsxana idi. Ordan bir neçə nəfər istisna olunmaqla heç kəs geri qayıtmırdı. “Məxfi kanselyariya” dövlət daxilində əsl dövlət idi.
Bütün bunlar İosif Matyeyə aydın idi…
Moskva, 1936-cı il, 6 yanvar. Kreml, Arakəsmələri götürülmüş yeraltı, məxfi həbsxana. Məlumat üçün bildirək ki, bu həbsxanada hər gün on nəfər milliyyəti türk olan vəfay edirdi. Bu keçmiş olsa da. Lakin çoxdərin və mənası geniş olan bir məsələ idi.
I Pyotrun (və II Yekaterinanın) Peterburq həbsxanası bu gün də davam edir. Türk dünyasına qarşı amansız mövqeyi dəyişmirdi.
İ.Stalin əlindəki çoxda qalın olmayan qırmızı kitabı vərəqləyib, yumruğunu düyünlədi. Professor Matye-dedi, istərdim bu yazılanları və təhlilləri siz də oxuyasız. Bu kitab başdan-ayağa türkləri dahi, Allah vergisi olan bir millət kimi təbliğ edir. Bizə lazımdırmı? – sual verdi. Bəlkə də – əlavə elədi, bizə lazımdır. Lakin indi yox… Sonra çox astadan pıçıldadı: – bu kitabı qadağan edin. Cəmisi on üç kitab çıxıb. Nə qədər ki, yayılmayıb, tez yığışdırın.
İ.Stalin telefona əl yetirdi. Lavrenti – dedi, sən necə, bu kitabı oxumusan? – dayandı. Demək, oxumusan. Bəs nə üçün mənə deməmisən? Bu ki, inqilabdır. Dövlətə qarşı üsyandır. Axşamadək bu kitabın on üçü də stolumun üstündə olsun. Gerisinə baxarıq. Özün də bizim iclasda iştirak et… Sonra bir yol axtar, bu kitabı yazana dövlət mükafatı ver.
Kitab Azərbaycanda doğulan… ana qəhrəman, mərd azərbaycanlı sərkərdə anaların həyatından millətin genetik nişanələrindən, qan hüceyrələrindən danışdı. O, snra stolunun üstündəki başqa bir qovluğu açıb, içindəki vərəqə xeyli baxdı. Onda Lavrenti də qapının astanasında gözləyirdi. Sən – Stalin dedi – Lavrenti dayanma. Keç əyləş. Bu yazılanları – vərəqi ona sarı uzatdı – sən dedi, burda yazılanları araşdırıb, mənə məlumat ver. Lavrenti İ.Stalinin əlindəki vərəqi alıb, gözucu nəzər saldı.
Üstündə “Soverşenno sekretno” yazılmış (yəni “Tam məxfi”) vərəqdə Azərbaycandan, onun rəhbəri M.C.Bağırovdan ağıla gəlməz bir məlumat vardı. İ.Stalin “Tam məxfi” sözünün üstündən qırmızı qələmlə xətt çəkmişdi. Bu da Lavrentidə böyük maraq doğurdu. Belə hallar İ.Stalin üçün hazırlanmış materiallarda az olurdu.
– Mən Sizə inanıram yoldaş Stalin Lavrenti dedi. Mir Cəlal öz millətini sevən adamdır – əlavə elədi.
– Əslində mən də Bağırov yoldaşın tərəfindəyəm. – Stalin dedi. Amma o, öz qanını qoruyan adamdı. İmkan verməz ki, qanına qan qatılsın – əlavə elədi.
– Yoldaş Stalin, bizim Kremldə “Qan məsələsi”lə bağlı xüsusi söhbətlərimiz olub. – Levrenti Beriya astadan pıçıldadı.
– Olub. Amma, -Stalin dayandı, növbətçi İ.Samsonovun hesabatını dinlədi. Gətir içəri – dedi. Siz polkovnik İskatiy Samsonova inanırsınız? – soruşdu. Mən onu – bu məsələ üçün Azərbaycana göndərmişdim – dedi.
İ.Stalin üçün hazırlanan Baş Kəşfiyyat İdarəsinin materiallarına sonuncu düzəlişdə polkovnik İqtamiy Samsonovun (ona sadəcə İqnat deyirdilər. O, Kremldə doqquz İqnatiydən biri idi) imzası olurdu.
Polkovnik qoltuğuna sıxdığı qovluğu bir az da bərk sıxdı. Sanki kimsə, qaçacaqdı. Əyləş polkovnik – Stalin dedi. Nəyin var? – soruşdu. Polkovnik qovluğu İ.Stalinə təqdim edəndə, Lavrenti Beriya gözünə sıxdığı eynəyini çıxarıb, əlini cibinə apardı. Dəsmalını çıxarıb, adəti üzrə eynəyinin şüşələrinə çəkdi. Onda İ.Stalin qovluqdakı kəşfiyyat materiallarına baxırdı. Ehmalca başını qaldırdı. İqnat – dedi, gedə bilərsən, – əlavə elədi. Lavrenti sanki donub qalmışdı. Xəbər – dedi, bir neçə mənbədən təsdiq olunur – əlavə elədi. Amma bütün bunlara baxmayaraq fikirləri yenə də yarımçıq qaldı. Lavrentiyə gəlincə o, istəmirdi ki, kimsə bu məsələni bildin. Xüsusən İran tərəf. Fakt isə təkzib olunmurdu: “…M.C.Bağırov 1938-ci ilin noyabrın 11-də Bakıda… gecədən xeyli keçmiş – səhərə yaxın həbs olunmuş on səkkiz nəfər əxlaqsız qadını şəxsən özü güllələmişdi. Bu qadınlar Bakıda fahişəliklə məşğul olur, ailələrə soxulur… azyaşlı qızları şantaj edərək vəzifə sahiblərinin (xüsusən rütbə adamlarının qızlarını, ən iyrənc əməllərlə məşğul olurdular) məktəblərdən çıxarır…”
(Bütün bunları, xüsusən Azərbaycanla bağlı materialları oxumaq üçün Moskvada nəşr olunan “İzvestiya” qəzetinin 2007-ci il, iyun ayında verilmiş xəbəri oxumaq kifayətdir. 2002-ci ilin, iyun ayının 17-də çap olunmuş materialda xəbər verilir ki, ölkənin tarix arxivlərindən üst-üstə 13 qovluq oğurlanıb. Bu qovluqların da hamısı Azərbaycanla bağlı olub. Lakin Azərbaycan tərəfi oğurlanmış məxfi materiallara heç bir reaksiya vermədi).
Ölkənin bilavasitə təhlükəsizlik məsələlərinə cavabdeh şəxslərdən olan Lavrenti Beriyanın Bakıya gəlməsi M.V.Bağırov üçün heç də gözlənilməz səfər deyildi.
Əslində bu qeyri-adi və gözlənilməz səfəri M.C.Bağırov özü təşkil etmişdi. Ermənilərin Xalq Daxili İşlər Komissarlığı rayon bölmələrinə rəhbər təyin olunmaları respublikada hamını çaşdırmışdı. Azərbaycandakı əlli bir rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı rayon bölməsinin başında ermənilər dururdular. Məsələn Astara dairəsində M.Arakelov, Astraxanbazarda S.Comardyan, Zənilanda V.Zərgəryan, Samuxda A.Petrosyan, Masallıda M.Avanesov, Lənkəranda İ.Movsesyan, L.Tovatov, Naxçıvanda Ş.Akopyan, D.Ağacanyan, P.Seyranyan… işləmək üçün göndərilmişdi. Araşdırma materiallarına görə bu adamların hamısı ixtisasca hərbi həkim kursunu bitirmişdilər. Genetika üzrə ixtisaslaşmış həkimlər idi. Onlara verilən tapşırıqlar da tamam başqa tapşırıqlar idi. Cənub zonasında yaşayan təqribən bir milyon nəfər adam hər şeydən xəbərsiz idilər…
Otaqda Mir Cəfə Bağırov Beriya Lavrentilə üz-üzə əyləşmişdi. Dənizə açılan pəncərənin ağzında isə Beriyanı müşayiət edən polkovnik Aleks Sadıxoviç Belıy əyləşmişdi. Milliyyətcə o, tatar idi. Azərbaycan dilini təmiz bilirdi. Lavrenti əziz dostum – Bağırov üzünü Lavrenti Beriyaya tutdu. (O, Lavrenti Beriyaya əziz dostum deyirdi. Nə üçün? Bu məlum deyildi) Azərbaycanda epidemiya başlayacaq. Mən dünənləri Cənub zonasına iki ekspedisiya göndərmişəm. Emidemiya verilən məlumata görə Astraxanbazardan başlayacaq. Yoldaş Stalinə çatdırın. Kreml bizə kömək etsin. Mir Cəfər, yoldaş Stalin bunu bilir. İrandakı rezidentimiz bununla bağlı ayrıca Arayış verib. Sizə də xüsusi tapşırıq var, – Beriya pıçıldadı. Epidemiyanın adı “Meymun ölümü”dür. Virus çox amansız virusdur. İnsanda həm çöldən, həm də daxildən yaralar açır. Yoldaş Stalin xahiş etdi ki, Azərabycanın xüsusən alimləri nəzarətə götürülsün. Ən çətin xəstələr olarsa Moskvaya göndərilsin.
İttifaqın Baş Kəşfiyyat İdarəsi üçün general Lavrenti Beriya ilə Azərbaycan KP MK-nın Birinci katibi M.C.Bağırovun söhbətinin iştirakçısı polkovnik Aleks Sadıxovun “Arayışı”: “Bakı. 1938-ci il, 8 dekabr.
M.C.Bağırov yoldaş fakt və sənədlə danışmağı çox sevirdi. Hər hansı bir məsələni danışanda ona dörd, beş istinad nöqtəsi göstərirdi. Bu dəfə söhbət çox qısa oldu. Lavrenti Beriya xahiş etdi ki, Cənub rayonlarında işə başlamış rəislər Bakıya dəvət olunsunlar. İclas Bakıda, 1998-ci ilin 9 Dekabr, saat 10-a təyin olundu. Cənub zonasının rayonlarına telefonoqramma göndərildi. Təcili Mərkəzə gəlin…”
Telefonoqramın ardı yox idi.
Moskva. Kreml. İ.Stalin yoldaşa. 1938-ci ilin dekabrın 8-də saat gecə yarıdan ötmüş Bakıda Dövlət Təhlükəsizlik Komitəsinin NKVD əməkdaşı Əmir Hüseyn Babazadə evinin ağzında uzaqdan açılan atəşlə öldürüldü. Bu hadisəni həm Lavrenti Beriya və həm də M.C.Bağırov yoldaş çox təmkinlə qarşıladılar. Araşdırmalar aparıldı. Mayor Ə.H.Babazadə İran üzrə mütəxəssislərdən idi. Baş verən hadisəni şəxsən M.C.Bağırov özü nəzarətə götürdü…” Polkovnik M.D.Salmanov…
Məktublardan, sorğulardan, teleqram və görüşlərdən, dindirmələrdən aydın olurdu ki, baş verən hadisə hamını çaşdırmışdı. Həmin axşam başqa bir hadisədə baş verdi. İ.Stalinin L.Beriya işə telefon danışığı oldu. Telefon danışığından sonra 18 nəfər Dövlət Təhükəsizlik Komitəsinin (NKVD) milliyyətcə erməni olan əməkdaşı vəzifələrindən uzaqlaşdırıldı. Bütün bunlara səbəb var idi. Səbəb də bu idi ki, Azərbaycanın Cənubla sərhəd rayonları artıq İran hökumətinə qatılmışdı. İran Şahının Azərbaycan üzrə generalı Ağa Bürcənd Möhsünzadənin (onun Mənsuri adı ilə tanıyırdılar) Azərbaycan üzrə çox güclü “Agentura seti” var idi. General bu seti “Arı pətəyi” sxemi üstündə işləmişdi və ona həm də “Arı pətəyi” deyirdilər. Araşdırma materiallarına görə 60-cı illərdə Vaşinqton İran kəşfiyyatının qurucusu “Arı Pətəyi Agentura sxemi”ni öyrənməyə başladı. Bu agenturasxemi həm çətin idi, həm də mürəkkəb bir məsələ idi. Onu öyrənən kimsəni aldatmaq çətin idi.
M.C.Bağırov deyir ki İranın SAVAK”ı Cənub rayonlarının hər birində sərhədboyu yaşayış məntəqələrində özünün “Arı-Pətəyi”ni qura bilmişdi. Əslinə bütün bunlar həm Moskvanı, həm də Bakını qorxudurdu və onu iflic vəziyyətinə salmışdı. Çünki “SAVAK” arıları hər yerə uça bilirdilər.
“Siyasi Bürodan” alınan Xüsusi İdarədən sonra Mərkəzi həbsxananın ərazisində adlarını qeyd etdiyimiz ölkələrin klinikaları açıldı. Genetik araşdırmalar aparan bu klinikaların hər birində səkkiz hərbi həkim çalışmalı idi.
…”Mərkəzi həbsxanaya girmək üçün İ.Stalinin imzası ilə xüsusi həkimlər üçün buraxılmış vərəqələrinə ancaq İ.Stalin imza atmalı idi. Həbsxanaya başçılıq edən general-professor İ.Matye vərəqləri nəzərdən keçirtdi. Tamam başqa adamlar gəlmişdi. Əvvəl gördüyü söhbətləşdiyi adamlardan – həkimlərdən əsər əlamət qalmamışdı. Hamısı corablarınadək dəyişmişdi. Mərkəzi həbsxananın Baş Əczaçısı polkovnik Dmitri Surkov İ.Matyeyə məsləhət gördü ki, burda belə hallar tez-tez olur və bu məsələ ilə bağlı heç kəsi sorğu-suala çəkməsin.
Xarici klinikalar biri-birindən xeyli aralı idi və çox zaman onların hamısı biri-birini çətinliklə görürdülər. Onların gəlişindən sonra həbsxanada işləmək üçün “Xüsusi nəzarət qrupları yaradıldı. Xarici klinikalardan alınan pullar İ.Stalinin göstərişilə yetimxanalara göndərildi.
Bir ay sonra İ.Stalin general İ.Matyeyə xüsusi bir tapşırıq verdi. Tapşırığa əsasən general klinikalar haqqında, aparılan məxfi tədqiqatlar haqda məlumatlar verməli idi. Bu Stalin tərəfindən general İ.Matyeyə xüsusi bir taşırıq verdi. Tapşırığa əsasən general klinikalar haqqında, aparılan məxfi tədqiqatlar haqda məlumatlar verməli idi. Bu Stalin tərəfindən general İ.Matyeyə verilən ilk məxfi tapşırıq idi. İngilis klnikası daha amansız təcrübələr aparırdı. Londondan gələn professor Edvard Conson-Conson (onu professor Con kimi tanıyırdılar. Baş Kəşfiyyat İdarəsinin məlumatında qey olunurdu ki, professor Rodd Conson Con 1933-1934-cü illərdə Azərbaycanın Cənub və Şimal rayonlarında İngilis kəşfiyyatının Mİ-6-nın müşahidəçisi kimi tanınırdı. Tanımış genetik idi. İxtisasca mikrobioloq professor Con gen hüceyrələrinin dəyişməsi, iflic edilməsində, zədələnməsində nəhayət sıradan çıxmasında xeyli təcrübələr müəllifi idi. Onun tədqiqatlarının nəticələrinə görə Azərbaycan hüceyrəsinə görə dünyada ən dözümlü (səs-küyə, qışqırıqlara, əsəblərə görə) hüceyrə Azərbaycan hüceyrəsi idi.
Belə məlumat da var idi ki, London onu Moskvada Böyük Britaniyanın səlahiyyətli nümayəndəsi kimi görmək istəyirdi. Moskva onun Mİ-6 ingilis kəşfiyyatına bağlı olması istiqamətində təsdiqedici sənədlərə malik deyildi.
Professor Eedvard (Rod) Conson (Con) peyğəmbərsiz İslam dövləti yaratmaq iddiasında idi. Bu ideyanı müsəlman analarının ana bətnlərindən başlamağı planlaşdırmışdı. Professor bunun üçün çoxdan idi ki, hazırlıq görürdü. O, özünəməxsus Piramida qurmuşdu: Həbsxana – doğum evləri – müsəlmanların ibadət ocaqları.
Bu Mərkəzi həbsxanada özünə yuva qurmuş klinika açmış ingilis genetiki, professor Edvard Consonun piramidası idi. General Matye Stalin üçün hazırladığı “Xüsusi Arfayışda” (o məxfi arayış idi) bildirirdi ki, həbsxananın arxivində saxlanılan 773 saylı istintaq materialından, səhifə 19, müstəntiq L.Tarasovun dindirmə proptokolundan Qovluğa əlavə olaraq həbsxanada ingilis professoru Edvard Consonun dustaq, tarix-fəlsəfə müəllimi M.Muraşkinə yazdırdığı qondarma, təhrif olunmuş Müqəddəs Quran kitabından bir hissə) 55-ci kamerasaxta yolla Quran, Tövrat, Bibliya yazılır. Sonra ingilislər həmin kitabları kütləvi şəkildə çap edib, yayırlar, şaşqınlıq yaradırlar.
Bütün bunları Stalin üçün bilmək vacib idi.
-Qabağını almaq mümkündürmü? – Stalin soruşdu və astadan pıçıldadı: ayaq üstə dayanma general, əyləş. Deyəsən Allahın bizim məmləkətdə elçisisənsən. Bizim ingilis həkimi ilə müqaviləmiz var, onu poza bilmərik. Onlar ölkənin beş yerində yetimxana tikirlər… Birini aparıb Azərbaycanın cənub bölgəsində tikiblər lap İran sərhədinə bitişik yerdə – Astarada.
General İosif Matyenin gündəliyindən: “Oxuduğum və təhlil etdiyim qeydlərə, məktublara görə yoldaş Stalinin bütün respulikalar üzrə Agentura şəbəkəsi var idi. Ona yoldaş Stalin ad qoymuşdu: “Genetik şəbəkə”. O, faktiki olaraq bu şəbəkə ilə dövləti idarə edirdi. Çox güclü və inamlı, qüdrətli şəbəkə idi. Xain qanı kölgəli olanlar və satqınlar və satqınlar məhkəməsiz, istintaqsız güllələnirdi. Stalinin “Agentura şəbəkəsi”nin xüsusi bank hesabları var idi. Heç kəsin cürəti çatmırdı ki, agent üçün ayrılmış maliyyəyə əl uzatsın. Stalin bu şəbəkə ilə kriminal dünyanı da əlində saxlayırdı. Əslindəı Astara ilə bağlı məlumatları başında həmişəç çalma gəzdirən Qara Kərəm verirdi. O bütöv Astara qrupuna başçılıq edirdi. Azərbaycanın Cənub zonasında 57 (əlli yeddi nəfər) sınaqdaq çıxmış şəxsi agenti var idi. Onların bir qismi genetik məlumatlar gətirirdi. Məlumata görə o adamların övladları da atalarının yolu ilə gedirdilər. Bu yol onlar üçün şərəfli bir yl sayılırdı. Bax: “BKİ-nin 404-cü, 12./070-ci, 380-cı, 707-ci qovluqlar. Müəlliflər: L.A.Tatarin (polkovnik), A.D.Muxtarın (rütbəsi yoxdur), “Smerş” materialları.
İ.Stalin çox əyləşməyi sevmirdi. O, günün təqribən on səkkiz saatını ayaq üstə keçirirdi. General İ.Matye bunu da bilirdi. “Məxfi kanselyaridə” baş verən yanğınlarda İ.Stalin qorxmuşdu. Mərkəzi həbsxananı yandıranları tutumuşdular. Tutulanlardan biri Lavrenti Beriyanın şəxsi münəccimi polkovnik P.S.İvançuk adlı birisi idi. O əslində Krenlin münəccimlərindən idi. Ən çətin və qarışıq yuxuları yozmaqda, düyün düşmüş fikirlərin açılmasında və ümumiyyətlə pozulmuş münasibətlərin yoluna qoyulmasında Əvəzsiz bir adam idi.
– Sən – Stalin pəncərənin ağzından çəkildi. Matye dedi sən həbsxanada fikir ver, gör tatarlar – onlar sənədlərdə türklər kimi gedir… hansı klinikaya daha çox meyllidirlər. Türklərdən mənim gözüm su içmir. Bax onlara, diqqətlə bax. Klinikaların işilə bağlı beş gündən sonra səndən xüsusi arayış istəyəcəm.
– Oldu, yoldaş Stalin. – General İ.Matye əyləşdiyi yerdən dikəldi. Amma özü də hiss etmədən qalın qaşları çatıldı. Bu isə İ.Stalinin gözlərindən yayınmadı.
– matye-Stalin dedi, elə et ki, klinika həkimləri kənara çıxmasınlar. Mən – əlavə elədi – Lavrentiyə demişəm, onların bütün hərəkətləri, görüşləri nəzarətə götürülsün. İşində möhkəm ol, Matye – bu ara onun stolunun üstündəki telefonlardan eyni anda bir neçəsi əsləndi. Səs səsə qarışdı. Matye dayanmadı. Bundan sonra Stalinin icazəsilə otağı tərk etdi.
General Matyenin otağındakı kəfkirli saatın əqrəbi dördün üstündə dayandı. Dərindən nəfəs alıb, yaxalığının qızılı düymələrini açıb, əyləşdi. Bilirdi ki, saat altıyadək onun heç kəs rahatlığını poza bilməzdi. Çünki İ.Stalin də həmin saatlarda istirahət edirdi. Və tez-tez özü-özünə təkrar edirdi: “Xristianlıq, İudizm, İslam… Yerin, göyün bu üç damarını birləşdirmək lazımdır. Dünyanı xilas etmək üçün bunu etmək vacibdir.
Sanki general Matye Stalinin otağında idi və hər şeyi eşidirdi. Öz-özünə pıçıldadı: “…Siz düz deyirsiz yoldaş Stalin… Bunu etmək vacibdir. İngilis həkimləri türklərə qarşı amansızlıq edirlər. Düşmənləri bir türk müəllməsinin beynini çıxarıblar… Sinəsini yarıb, süd vəzilərini araşdırırlar…” Matye elə zənn etdi ki, onu eşidən var. Amma həqiqətdə var idi. Onun bütün hərəkətləri, danışıqları nəzarətdə idi. Lavrenti Beriya öz işini görmüşdü. Bu işi də Stalin tapşırmışdı.
General Natye darısqal otaqda xeyli gəzişdi.Fikrindən Kərbəla düzündə həlak olan İmam Hüseyni keçirtdi. Onun tənhal qalan vaxtı idi. Üstünə səliqə ilə göy parça çəkilmiş stolun bir küncündə qoyulmuş Tövratı, Bibliyanı və Quranı götürüb öpüb bağrına basdı. General bu kitabları təkrar-təkrar vərəqləməkdən həzz alırdı. Kitabların üstündə isə “Kərbəladan Azərbaycana” adlı bir dəftər də var idi. Bu dəftər generalın son on il, bəlkə də iyirmi illik topladığı qeydlər dəftəri idi. Bütün qeydləri ibrit dilində yazırdı və bu qeydləri də heç kəs anlamırdı. General Matye üçün ən vacib və gərəkli qeydlər Kərbəla müsibətlərilə bağlı idi. Matye o qeydlərə il qoymurdu və heç bir mənbə dəgöstərmirdi. Və deyirdi ki, Kərbəlada müsibətlərini tədqiq edən amerikalı dinşünas professor M.Ouen yazırdı ki, İmam Hüseyn bütün dövrlərin, ötüb-keçən və gələcək sivilizasiyaların yol göstərəni olaraq, qalır. İmam Hüseyn bütün əsrlərin Şahıdır. O, başdan-ayağa açılmayan, tam öyrənilməyən sirrdir. Onun dediyi: “Varmı bir nəfər mənə kömək edən…” – ifadəsi hələ ki, açılmır… Bütün ivilizasiyaların və üzləşdiyimiz çətinliklərin açarı məhz bir cümlədədir… Matye deyirdi ki: “Bütün ölkələrin proletarları, birləşsin!” fəlsəfəsilə bu fəlsəfə üst-üstə düşürdü…
…Səhərə yaxın general Matye Musa Peyğəmbərin “Qızıl Sandığı”nı çıxarıb, qonağını qaldırdı. Sandığın içərisində səliqəilə bükülüb qalmış üstündə Məkkənin, Mədinənin toxunma şəkilləri olan dəsmalı açdı. Qədim sandıqda çox qədim, əsirlərin və zamanın didib, tökdüyü bir-birinin içinə tikilmiş iki xəritə var idi. Matye üstündə Qədim Qumdan Xorasana gedən yol, xəritəsinə xeylibaxdı. Orda üstündə İmam Hüseynin qızıl saplardan hörülmüş üç dəfə öpdü. Xəyal və təsəvvürlərdən yoğrulmuş bu rəsm mis parçanın üstündə səliqə ilə işlənmişdi. General matye şəkilə diqqətlə baxdı. O, neçənci dəfə idi ki, belə edirdi. Sonra Matye qovluğun arasından dörd bükülü bir kağız çıxartdı. Bu kağızı o, həmişə otağındakı polad seyfin alt gözündə, ağıla gəlməyən yerində saxlayırdı. Amma indisə qovluğun arasından çıxartdı. Bu dərd bükülü kağızda Stalinin qeydləri idi. O, qırmızı, yağlı qələmlə qeydlər etmişdi. Həm vacib, həm də lazımlı qeydlər idi. General həm də bu xəritəni açanda hiss etdi ki, kimsə bu kağıza toxunub. Xəritəni bir az da burnuna yaxın tutdu. Bu qoxu ona tanış gəldisə də yadına düşmədi ki, bu qoxunu kiminsə əyin-başında hiss edib. Amma yəqin etdi ki, bu qoxu klinikalardan hansınınsa qoxularından biridir… O, bir tərəfə çəkilib, ehmalca küçəyə açılan pəncərənin önünə gəldi. Qaşlarını çatıb, həyətə boylandı, ətrafa nəzər saldı. Mühafizə dəstəsindən başqa heç kəsi görmədi. İçindəki nigarançılığını boğmaq üçün qara dəstəkli, özülü qırmızı rəngli telefonun dəstəyini qaldırdı.
– Bəli, yoldaş general, buyurun – qulağına sıxdığı dəstəyi istədi yerinə qoysun, qoymadı.
– İvan Andreyeviç… yoldaş polkovnik…
– Buyurun yoldaş general…
– Yoldaş Stalinə sözüm var. Protokol qaydasında… məxfidir – Matye pıçıldadı.
– Baş üstə.
Növbətçi Polkovnik İvan Andreyeviç dəstəyi yerinə qoydu. Və dərhal da götürdü. Gəlin, yoldaş general, gəlin – növbətçinin belə tez çağırışını gözləmirdi.
General Matye əyin-başını səliqəyə saldı. Sonra dəhlizə çıxdı. Dəhlizdə qəribə bir sakitlik var idi. İ.Stalin tez-tez həbsxanada olurdu. Gecə ikidən sonra o, burda görünürdü. Bir də həbsxananın divarlarına çökmüş Stalinin çəkdiyi Zaqatala tütününün tüstüsünün ətri… Bu tüstü ona Bakıdakı məşhur Bayıl türməsində namus üstündə bir akademiki öldürdüyü üçün on altı il iş alan ləzgi İsmayıldan – Xəncər ləqəbli İsmayıl Pinəçioğlundan xatirə idi. O, həm də səhərədək qurumuş tütün yarpaqlarını ovub tökür, narın-narın edir, asqıra-asqıra deyirdi: “Yoldaş Stalin, bu Zaqatala tütünü insanın beynini təmizləyir, adamı qarışıq-quruşuq fikirlərdən uzaq salır. Bütün İngiltərə bundan çəkir… Bu tütünlə bütöv Avropanı fəth etmək mümkündür…”
General matye üçün yoldaş Stalinin gecənin bu vaxtı oyaq qalması adi görünürdü.
– Buyurun yoldaş general, yoldaş Stalin sizi gözləyir – İvan Andreyeviç dedi.
General Matye gördü ki, Stalin otaqda tək deyil.
– İosif, keç əyləş. Yaxın gəl – yoldaş Stalin yol göstərdi. Sən – əlvə elədi, nə üçün həyəcanlısan? Lavrentiyə mənim xüsusi tapşırığım olub ki, səni qorusun.
– Hər şey yaxşıdır, yoldaş Stalin – Matye dedi.
– Bəs nə üçün sifətində sıxıntın var. Nədəndi? Səni əlavə elədi, dünyanıl sarsıdan bir məsələnin qarşısını alırsan. Təəccüblərinin nəticələrinə baxdım. İstərdim ki, bu təcrübələrin nəticələrini klinikalardan uzaq saxlayasan.
– Yoldaş Stalin, elə bilirəm mənim seyfimə açar salıblar.
Stalin dayandı, otaqdakı sükut general Matyeni çaşdırdı. Fikirləri dolaşdı.
– Sən arxayın ol, İosif – Stalin özü yaratdığı sükutu özü də pozdu və əlavə elədi: – Lavrenti mənə hər şeyi danışdı və deyim ki, nəzarət davam edir. Sənin seyfinə açar salan İngilis klinikasında çalışanlardı… Lavrenti onların nə istədiklərini öyrənməyə çalışacaq və öyrənəcək də… Axşam saat on birdə yanımda ol, Matye… Söhbət böyükdü…
Stalin sözünün gerisini demədi. General Matye stolun üstünı qoyduğu qovluğu götürüb, pıçıldadı:
– Mən gedə bilərəm, yoldaş Stalin?
– Get Matye, get. Sənə inanıram – Stalin dedi. Sən də özünü qoru. Demək otağına giriblər… Seyfinə açar salıblar. Unutma… Bir də qovluğunu qoy qalsın. Vaxtım olacaq, tanış olum…
General Matye qovluğu Stalinə verəndə istədi ürəyində ilişim qalan sözləri desin. O sözlər ki, hələlik tərtib olunmuş Xüsusi Arayışlarda yazılmamışdı. Stalin Matyenin verdiyi qovluğu açıb, ötəri nəzər saldı, gözləmədi. Və əyləşdi. Sən də – dedi, əyləş general, əylə.
Matye əyləşdi. Stalin klinikalarda baş verənlərlə bağlı Matyenin yazdığı arayışlara gözucu baxdı. Mən dedi, bunu çoxdan gözləyirdim, general. Müharibədən qabaq ingilislər bu məsələ ilə maraqlanırdılar. Bununla bağlı ingilis Kraliçasının və İngilis kəşfiyyatının birbaşa nəzarətində olan Azərbaycanın genetik koslarını, qan hüceyrələrini araşdıran Xüsusi Strateji Araşdırma Mərkəzi yaratdılar. Bu məlumatı Londondan Səttarov adlı bir kəşfiyyatçımız vermişdi. Amma inanmadım… Nə üçün ingilislər belə bir mərkəz yaradırlar? Onlar nə axtarırlar? Matye – Stalin gözlərini vərəqdən çəkdi. Sən dedi, nə üçün? Sualını aydınlıq gətir. Genetik kod, qan hüceyrələri… bütün bunlar dünya klinikalarında qadağan olunmuş məsələdi… Amma bütün məsələlər tam məxfi qaydada gedir. General matye gördü ki, Stalin bərk narahatçılıq keçirir, lap astadan pıçıldadı: Sizin dedi, yoldaş Stalin darıxmağınıza elə bir lüzum yoxdur. Mən bunu yoluna qoyacam – dedi.
– General Stalin Matyenin lap yanında dayandı. Bu – dedi, bizim insanların ölüm-dirim məsələsi ola bilər. Onlar nə axtarırla? Stalin sonra əlavə elədi – sən – dedi, həm də LondondAkı rezidentimizlə əlaqələr yarat. Onun göndirdiyi materiallara nəzər sal, Matye Polkovnik Səttarovun materiallarına nəzər sal. Otağa keçən kimi seyfini dəyiş. Həkimlərimizin iştirakı ilə məşvərət keçiriləcək. İlikdən hazırladıqları iynəni bədənlərinə vururdu.
– Yoldaş Stalin, onlar türklərin iliyini sovururlar… – general Matye dayanmadı, bi anlığa gözləri önünə dustaqlarla bağlı xarici həkimlərin proqramlarını gətirdi. Bu ara Stalin barmağını düyməyə toxundurdu: – Klimenka… İroq İvnoviç – Stalinin səsində titrəyişi hiss edən Matyenin sifəti birdən-birə qaraldı.
– Buyurun, yoldaş Stalin – növbətçinin səsini eşitdi.
– Cəld ol, Klimenko – Stalinin də sifətində anlaşılmaz cizgilər gördü. Sən dedi, akademik, vursoloq Panteleyevi, mikrobioloq professor Tahirovu, akademik TretyakovuŞ, Lavrenti Beriyanı, təhlükəsizlik generallarını Krımvoyu, Dementyevi çağır gəlsinlər. Təcili məşvərətdən həbsxananın rəhbəri, polkovnik Anastasiyanı da çağır. Klimenko, iyirmi dəqiqə vaxt verirəm.
Səs kəsildi. Stalin sonra üzünü general Matyeyə tutduş Sən – dedi, otağına gəl, bildiklərini mənimüçün yaz. Biz deyəsən, yatmışıq Matye. Tələs. Nəfsimiz bizi məhv edib. Bu boyda ölkəni böyrü üstə qoydu.
General Matye otaqdan çıxcaq ovcunda sıxdığı dəsmalı açıb, boyun-boğazının, sirr-sifətinin tərini sildi. Stalinin qızarmış, hədəqəsindən çıxan gözlərini yadına saldı. O gözlər əsl canavar gözləri kimi idi… necə sur rəngə çalırdı.
Həmin saatlarda isə Lavrenti Beriya Bakıya-Azərbaycan Kommunistlərinin rəhbəri B.G.Bağırova zəng etmişdi. Stalinin tapşırığı ilə o, Mir Cəfər Bağırovu axtarırdı. Londonda Sovet rezidenturasının əməkdaşı polkovnik Səıttarovun şəxsi qovluğu ilə bağlı söhbət edəcəkdi. Polkovnik Səttarov “Bakının kadrı” idi və M.C.Bağırovun şəxsən tanıdığı adam olmuşdu. Polkovnik Səttarov “Bakının kadrı” idi. M.C.Bağırovun şəxsən tanıığı adam olmuşdu. Polkovnik Səttarov Londondan Moskva Bürosuna ötürdüyü məxfi materiallarda türk xalqlarına qarşı ingilis həkimlərinin – genetiklərinin hazırladıqları bir başa ana bətnində ikən uşağın formalaşan beyin mərkəzini dağıdan, onu iflic edən “Genetik Ampula” pereparatı haqqında məlumat verirdi. Polkovnik həmçinin göstərirdi ki, ingilis həkimləri sınaq təcrübə üçün Rusiyanın “Mərkəzi həbsxanası”nı seçmişdilər. İngilis genetiki, professor Samuel Tetçer (M.Tetçerlər nəslindən olan həkim) qeydlərində yazırdı ki, məhz bu həbsxana kontengentindən türk dünyasının istənilən əzasını dağıtmaq, sarsıtmaq mümkündür.
– Akademik İvan Andreyeviç Tanteleyevin sifəti balacalaşmış, gözləri qorxudan çuxura düşmüş, anlaşılmaz bir dərinlikdə qıyılıb, balacalaşmışdı. Sanki iflic olmuşdu. Boyda balaca olan akademikin son vaxtlar üstü qırışmış əlləri əsirdi. Əllərinin üstü adama elə gəlirdi ki, qırov bağlamışdı.
– İvan Andreyeviç… Stalinin qəfil səsi əyləşənləri titrətdi. – O, üzünü akademikə tərəf tutdu. Sizin – dedi, həbsxanada özlərinə yuva qurmuş xarici klinikalardan xəbəriniz varmı? O klinikalar məhz Sizin təklifinizlə quruldu. Biz belə danışmamışdıq. Klinikalarda həbs olunmuş türklərə qarşı amansız, ağlagəlməz bir iş gedir. İngilislər həbs olunan türklərin iliyini çıxarır, genetik hüceyrələri iflic edirlər… Onlar nə axtarırlar İvan Andreyeviş. Qulağımızın dibində bu yaramaz həkimlər nə axtarırlar. Siz türklərin notasını eşitməyə hazırsız?.. Türklərlə zarafat etmək olmaz. Sonra Stalin üzünü Beriyaya tərəf çevirdi.
– Bəs – dedi, lavrenti, sən hara baxırsan?.. Hanı kəşfiyyatın?..
– Mən xarici həkimlərlə bağlı xüsusi arayış hazırlamışam. Yoldaş Stalin qarşısındakı qovluqdan səliqə ilə yazılmış bir vərəq çıxartdı.
Stalin səliqə ilə yazılmış vərəqi alıb, diqqətlə nəzər saldı, oxudu. Qalın qaşları çatıldı. Biz – dedi, müharibədən yeni çıxmışıq. Lavrenti… Amma baxıb görürəm yenə müharibədəyik. Dava hələ bitməyib. İndiki müharibə lap dəhşətlidir. Ehtiyac üzündən düşməni evə buraxdıq. O, sonra üzünü yenidən akademikə tərəf çevirdi. İvan Andreyeviç – dedi, ingilis səfiri nə üçün yanına gəlmişdi? O, nə istəyirdi? – səsindəki ahəng dəyişdi.
– Yoldaş Stalin, ingilis səfiri Rum Patrik məni Londona işləməyə dəvət edir.
– Onlarda adətdi – Stalin dedi, onlarda adətdi, yaxşı nə varsa, götürürlər – əlavə elədi.
– Hər şey nəzarətdədir, yoldaş Stalin. Onların xüsusi proqramları var. İngilis həkimləri Lənkəranda, Astarada, Astraxanbazarda, Masallıda, İsrail həkimləri Qubada, Qusarda, Şamaxıda, Kanada həkimləri Gəncədə, Yevlaxda, Amerikadan gələn genetiklər Bakıda, onun kəndlərində… olmağı planlaşdırıblar.
– Bizim proqramlara görə onlar klinikalarını icazəsiz tərk edə bilməzlər – general Matye dedi.
– Amma agentura materialları göstərir ki, onların da sgentura sistemi güclüdür – Stalin pıçıldadı.
– Nə məsləhət görürsünüz yoldaş Stalin? – Beriyanın sualı aralığa dərin sükut saldı.
Sonra Stalin nə fikirləşdisə çox mülayim bir görkəm aldı. Lavrenti – dedi, məni Mir Cəfərlə calaşdır. Türk problemində həmişə yanımda olub.
– Baş üstə yoldaş Stalin. Axşama yoldaş Bağırov yanınızdadır – Lavrenti dedi. Mir Cəfər igid adamdır – əlavə elədi… Sonra Stalin yenidən üzünü Akademik İvan Andreyeviçə tərəf çevirdi: Siz – dedi, hər şeyi başlı-başına buraxmısınız… Səbəb? – sual verdi. Yenidən başqa bir sual verdi. Bura bax, İvan, iki gün öncə Lənkərandan və Astaradan yanına gələn İran vətəndaşlarına verdin? Hansı sözü verdin? Sən – Stalin sərt bir görkəm aldı – Sən dedi, onlara söz vermisən ki, klinikalarda aparılan tədqiqatların nəticələrilə bağlı məlumat hazırlayırsan? Mir Cəfər Bağırovla bağlı iranlıların hazırladıqları ölüm hökmünə imza amısan?
Verilən suallar akademiki tamam çaşdırdı. Bu ara Lavrenti Beriyanın baxışları Stalinin baxışları ilə toqquşdu… Hər şey aydın idi. Akademik İvan Andreyeviçin taleyinə düyün vuruldu…
Axşama yaxın Stalinin otağı boşaldı. Otağı bürümüş darıxdırıcı və boğucu bir havadan əsər-əlamət qalmadı.
Qapının ağzında Lavrenti Beriya ayaq saxladı.
– Buyurun yoldaş Stalin – Lavrenti dedi.
– Sən Akademiklə bağlı İran Şahının bütün danışıqlarını axşama hazırla. Fikrimcə akademik tək deyil – əlavə elədi.
– Yoldaş Stalin, – Matye hiss etdi ki, içində çox qəribə bir güc var. Bu gücü ona Allah vermişdi. Stalin kimi sərkərdəyə söz desin.
– Buyur Matye, buyur – Stalinin səsini eşitdi.
Mən – dedi, sənə icazə vermişəm ki, ürəyindəki, ağlını narahat edənləri deyəsən.
– Yoldaş Stalin, mənim vərəqlədiyim həbsxana qovluqları arasında eləsi var ki, diqqət tələb edir.
– Matye dayandı.
– Sən hamısını oxuyursan! deyəsən? – – Stalinin qaşları təzədən düyün vurdu. Təzə nə oxumusan? – soruşdu.
– Dustaqların içərisində eləsi var ki, həqiqətən dahidir. Stalin gördü ki, matye çox həyəcanlıdır.
– Dahi dustaq?.. Stalin də götür-qot etdi. Belələrinə mən Bakıdakı Bayıl türməsində rast gəlmişəm – dedi. Yenə pıçıldadı: “Dahi dustaq”… Amma bu söhbətdən də ciddi məsələ var.
Sadə msələ deyil Azərbaycan məsələsi, yenə baxdı Beriyaya. Lavrenti – dedi, Mir Cəfəri təcili bura çağır, təcili. İran Şahı həmişə hiyləgərlik edib. Akademiki də yoldan çıxartdılar. Amma o, çox savadlıdır. Ona güzəşt et… əlavə elədi. Elə kadrları tapmaq çox çətindir. Biz onları qorumalıyıq, Lavrenti.
Yoldaş Stalin – Beriya dedi.
– Matye, əyləş – Stalin astadan dedi. “dahi dustaq” – sözünü mən Bayılda – Bakı həbsxanasında eşitməmişəm. Bura bax, matye, sənin nəslini yaxşı tanıyıram. Ətraflı öyrənmək üçün şəxsən Lavrenti Bakıda olaraq Bakıdakı dostumuz Mir Cəfərlə xüsusi plan var.
– Beriya yoldaş mənə hər şeyi danışdı yoldaş Stalin – Matye dedi. Sağ olsun – yalanlara, iaşə və uydurmalara inanmadı – əlavə elədi.
Rövşən Novruzoğlu,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq
(ardı olacaq)