Nazirlər Kabineti “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar verib.
“Qafqazinfo” xəbər verir ki, Qərara əsasən, “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilir (əlavə olunur).
Qeyd olunur ki, bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.