Nəhayət ki, “Gerb”dəki “Allah” sözünü “alov” kimi qəbul edənlərə Gerbin rəssamı Eldar Mikayılzadədən açıqlama: …«İNDİ DƏ ÇOX ADAM BİLMİR Kİ, ORDA ALLAH YAZILIB»
– Gerbdə də dəyişiklik etmisiz?
“- Gerb o vaxtdan qalmadır. Sadəcə içində alov çəkilmişdi, mən orda alovun yerinə Allah yazdım. Heç kim də bilmirdi, demədik də. Bir nəfərə dedim, o da dedi ki, səsə salma. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. Elə təsadüfən keçdi. İndi də çox adam bilmir ki, orda Allah yazılıb…” —Sağ olsun!
*Ərəb əlifbasından azacıq da olsa məlumatı olan Gerbin içindəkinin “ALLAH” sözü olduğunu oxuyur. Gerbin müəllifi özü bu açıqlamanı verib.