(Həmidə Məhəmməd)
O zamana apara bilən bir qüvvə istəyirəm
O zaman ki, gecələrin od nəfəsi vardı
Gündüzlərin buz əllərini isidən..
O zaman ki, səhərlər açılardı tramvay səsinə,
Gecələri şirin yuxu yatan, göz yaşları sevincdən yaşaran gözlər.
O zaman ki, əl açmamışdı heç bir ana,
Qürurunu sındırıb ayaqlar altına salana
O zaman ki….
O zaman ki, inləməmişdi atalar, beli bükülməmişdi xəcalətindən.
Bir zaman vardı… O zaman ki,çiçəklərdən qan qoxusu, torpağın gözündən şəhid yuxusu gəlmirdi.
Küçələrdə döyülmürdü dədələr, analar sürünmürdü küçələrdə…
Əli öpülürdü anaların, körpələrin gözləri gülərkən…
Bir zaman vardı,,,, o zaman ki….
O zamana apara bilən bir qüvvə istəyirəm