395 ssenari ilə Ginnesin Rekordlar Kitabına düşən məşhur türkiyəli ssenarist Safa Önal 92 yaşında vəfat edib.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, ssenaristin ölüm xəbərini “Senaryo ve Diyalog Yazarı Sinema Eseri Sahipleri Meslek Birliği” (SENARİSTBİR) sosial media hesabında paylaşıb.
Önal 17 dekabr 1930-cu ildə İstanbulda anadan olub. 1945-ci ildən hekayələr yazmağa başlayıb.
Sənətçi “Vesikalı Yarim”, “Ağaçlar Ayakta Ölür”, “Ah Güzel İstanbul”, “Ah Müjgan Ah”, “Dila Hanım”, “Tatar Ramazan”, “Tatlı Nigar”, “Doktor Civanım” kimi məşhur filmlərin ssenari müəllifidir.