Girov götürülən gəminin heyət üzvləri azad olundu

 Girov götürülən gəminin heyət üzvləri azad olundu

Bu ilin martında dəniz quldurlarının hücumuna məruz qalan “Davide B” gəmisinin girov götürülən 15 heyət üzvünün hamısı sərbəst buraxılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə gəminin aid olduğu “De Poli Shipmanagement” şirkətinin nümayəndəsi Kor Radinq bildirib.

Hazırda heyət üzvlərinin hamısı təhlükəsiz şəraitdədirlər.
Kor Radinqin sözlərinə görə, dənizçilər tibbi müayinədən keçərək evlərinə qayıdırlar. Onların səhhətləri ilə bağlı ciddi narahatlıq yoxdur.

Heyət üzvləri Rumıniya və Filippin vətəndaşlarından ibarət Maltaya məxsus kimyəvi maddələr daşıyan “Davide B” tankeri martın 11-də dəniz quldurlarının hücumuna məruz qalmışdı. Nəticədə heyət üzvlərindən 15-i girov götürülmüşdü. Daha 6 dənizçi isə gəmidə xüsusi bölmədə gizlənə bilmişdilər.

Müstəqil.Az

Share: