TANER TOPÇU
KIZILCAGÜN TV- nin Baş kordinatoru,
”Zəfər” qəzetinin müxbiri
Əziz oxucularım! Bu gün yeni bir mövzu ilə qarşınızdayam.
Dünyalarca ünlü, böyük Türk şairimiz Nazim Hikməti hər kəs tanıyır. Amma uzun zaman rəsm çəkdiyi heç kəsə məlum olmamışdır. Çünki çəkdiyi rəsmlər də bəlli deyildi. Biz bu gün sizə onun bir rəsm əsərini təqdim edirik. Bu rəsmlə yaxından tanış olmaq məni çox həyəcanlandırır. Bunu Nazimin çəkdiyini bilirik.Ancaq onun bundan başqa 15- 16 dənə rəsm əsəri olduğu da deyilir. Sadəcə bunlardan bir dənəsidir bu. Bu rəsm əsərini Ankara könüllüsü, Ankara sevdalısı, bir rəsm sevdalısı, Ankara qalasında yerləşən Ankara rəsm qalereyasının sahibi Fatma Tuna öz şəxsi arxivindən çıxartdı və bizi bu rəsm əsəri ilə tanış etdi.İtkin düşdüyü də yenicə məlum oldu. Nazim Hikmət 1940 – cı ildə Çankırı həbsxanasında yatdığı zaman tanış olduğu təndirçi İbrahim əfəndinin şəklini çəkir.İbrahim əfəndi xeyli vaxt Nazim Hikmətlə çox sıx dostluq edir və bu rəsm çəkilir.Şəkilə baxdığınız zaman İbrahim əfəndinin baxışlarındakı mənanı görə və geyimindən bir Ankaralı olduğunu anlaya bilərsiniz.İbrahim əfəndinin həbsxanaya düşməsinin səbəbi o günlərin şərtlərinə görə qanunla qadağan edilmiş günlərdə çörək satması olmuşdu.O qədər gözəl dost olurlar ki Nazim Hikmətlə. Nazim Hikmət həbsxanada yazdığı şeir dəftərini ona hədiyyə edir, amma Nazim Hikmət Türkiyədən qaçdıqdan sonra və Türkiyədəki rejim onu yaxaladıqdan sonra o qədər böyük qorxu yaşayır ki, o qorxu hətta bu rəsmə də yansıyır.Rəsm əsərində belə o qorxunun izləri hiss olunacaq dərəcədədir.Həqiqətən şəkildən də İbrahim əfəndinin gizli bir şey saxladığı hiss olunur.Şəkli gizləmək üçün dörd qatlayırlar.Şeir dəftərini də tavana atırlar.Aradan illər keçir. Ev uçduğu üçün şeir dəftəri tapılmır.Amma Nazimin bu rəsm əsəri demək olar ki, daha yaxşı qorunub saxlanılır.
“20 ildən çox.Sanıram 1991 – ci il idi.Mənə gətirmişdilər.Öncə Çankırıdakı qalereyamda sərgilədim.Əsas məsələ hər kəsin marağını bu mövzuya cəlb etmək deyildi.Bu əsər daha çox Nazim Hikmət aşiqlərinin ,Nazim Hikmət koleksiyonerlərinin ala biləcəyi bir əsərdi.Bunu istəyənlər oldu, amma mən vermədim.Düşündüm bunu evimdən assam, ancaq evimdə mən seyr edəcəyəm və ya yalnız bizə gələnlər görə biləcək.Halbuki bunun daha geniş ərazidə, geniş ictimaiyyət arasında sərgilənməsi gərəkliyini anlayırdım.Nazim Hikmətin sənətkar olduğunu hər kəs bilməli və öyrənməliydi.Nazim Hikmətin bu əsəri sadəcə onun çəkdiyi yeganə əsər deyildi.Nazim Hikmətin bir özəlliyi də ətrafındakı insanları maarifləndirmək, öyrətmək olmuşdur.Doqquz ay yarım sonra sağlığında yaranmış problem səsbəbiylə Çankırı həbsxanasından köçürüldüyü Bursa həbsxanasında da İbrahim Balaban kimi bir dəyəri yetişdirmiş bir sənətkardır Nazim Hkmət.Əslində qan davası ucbatından həbsxanaya düşmüş bir qatil idi İbrahim Balaban.”
Sonra Türkiyənin ən böyük rəssamlarından biri olur.1946- cı ildə Nazim Hikmət Çankırı həbsxanasına göndəriləndə həyat yoldaşı Pirayə xanım da Çankırıya köçür.Yeganə arzuları Nazimin tezliklə həbsdən azad olma ehtimalıydı.9 ay yarım boyunca bu arzularını həyata keçirməyi bacarmırlar, sonra sağlığında yaranan problemlə bağlı ev dustağı olaraq bir kənddə məhbusluq həyatını keçirmək üçün dayısı Ali Fuad Cebesoydan xahiş edirlər.Sonrası isə məlumdur. Daha maraqlı mövzularda görüşmək ümidi ilə.
TÜRKCƏDƏN UYĞUNLADI: Gülnarə Cəmaləddin.