Gömrük Akademiyasında ISO standartları üzrə növbəti təlim keçirilmişdir

Gömrük Akademiyasında ISO standartları üzrə növbəti təlim keçirilmişdir

Müstəqil.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında müştəri məmnuniyyətinin təmin edilməsi sahəsində keyfiyyətin artırılması üçün işlər davam etdirilir.

 

Bu istiqamətdəki fəaliyyətlərin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə Akademiyada ISO 10002 standartı üzrə “Müştəri məmnuniyyəti idarəetmə sistemi” təlimi təşkil edilmişdir. Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində təşkil edilən təlim TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən keçirilmişdir.

Təlimdən öncə keçirilən açılış mərasimində çıxış edən Akademiyanın rəisi Qulu Novruzov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəalliyətində ISO standartlarının tətbiqinin müsbət təsirindən söz açaraq Akademiyanın bu istiqamətdə əldə etdiyi nailiyyətləri xüsusilə qeyd etmişdir. Təhsil sektorunda müştəri məmnuniyyətinin təmin edilməsinin əhəmiyyətindən bəhs edən Q.Novruzov qeyd edilən təlimin xidmət səviyyəsinin artırılmasında, həmçinin müştəri məmnuniyyəti üzrə effektiv idaretmə sisteminin qurulmasında aparıcı rol oynacağını əminliklə ifadə etmiş və təlim iştirakçılarına uğurlar arzulamışdır.

Akademiya əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu müştəri məmnuniyyətini artırmaq və müştəri şikayətlərinin qiymətləndirilməsində effektiv sistemin qurulması və saxlanılması üçün tələb olunan metod və standartlar haqqında ətraflı bəhs etmişdir. O, TS ISO 10002 standartının prinsipləri, müştəri narazılığını yaradan səbəblərin qarşısının alınması metodu və tətbiqi, eləcə də digər məsələlər bərəsində təlim iştirakçılarına geniş məlumat vermişdir.

Təlim interaktiv formada davam etdirilmiş, maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Müstəqil.Az

Share: