Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019-2020-ci tədris ilindən başlayaraq “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul aparılacaq.
Bu haqda Müstəqil.Az-a Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, Akademiyada növbəti tədris ilindən etibarən II ixtisas qrupu üzrə “İqtisadiyyat”, III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasları ilə yanaşı, I ixtisas qrupunda “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də qəbul həyata keçiriləcək.
Eyni zamanda, 2019-2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə də tələbə qəbulu aparılacaq. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı – Gömrük işi və Hüquqşünaslıq – Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçiriləcək, – məlumatda bildirilir.
Müstəqil.Az