Dövlət Gömrük Komitəsində rotasiya qaydasında yerdəyişmə olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitənin Enerji Gömrük İdarəsinin rəisi olan Vaqif İbrahimov vəzifəsindən azad olunaraq Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə rəis təyin edilib.
İndiyədək Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi olan Telman Mehdiyev isə Enerji Gömrük İdarəsinə rəhbər təyin edilib.