“Google Maps” istifadəçisi Braziliya sahillərində dəniz quldurlarının gəmisini görüb.
Gəmi ölçü baxımından müasir analoqlarında heç də geri qalmır. Gəminin dörd böyük dirəyi, xarakterik arxa hissəsi və çox güman ki, barıt və topların saxlanmalı olduğu aşağı bölmələri var.
Lakin həyəcan təbili çalmaq hələ tezdir. Belə ki, bu cür quldur gəmiləri Braziliyanın kurort çimərliklərinin yaxınlığında üzür və bələdçilər turistlərə yüz illər əvvəl bu ərazilərdə yaşamış quldurlar haqqında hekayələr danışır.
Həmin gəmilər turistləri yaxınlıqdakı adalara ekskursiyaya aparır.
Mənbə: “Seanews.az”