“Google” süni intellektin səhvinə görə 100 milyard dollar itirdi

“Google” süni intellektin səhvinə görə 100 milyard dollar itirdi

Süni intellekt elementləri ilə çalışan Bard çat-botunun səhvi ucbatından “Google”un ana şirkəti olan “Alphabet”in səhmlərinin dəyəri təxminən 8% ucuzlaşıb ki, bu da onun kapital dəyərinin təxminən 100 milyard dollar azalmasına səbəb olub.

Məlumata görə, ötən gün Nyu-York Fond Birjasında keçirilən gündəlik ticarətdə səhmin qiyməti 99,37 dollara düşüb. Belə ki, Bard Ceyms Uebb teleskopu ilə əlaqəli sualda yanlışlığa yol verib.

Yeni süni intellekt chatbotunun canlı nümayişi zamanı ondan Ceyms Uebbin yeni kəşfləri barədə soruşulub. Bot iki düzgün cavab versə də, üçüncü cəhddə səhv edib və bildirib ki, bu teleskop ekzoplanetlərin və ya günəş sistemindən kənar planetlərin ilk şəkillərini çəkib.

Halbuki NASA-nın məlumatına görə, ekzoplanetin ilk şəkli daha əvvəl, 2004-cü ildə çəkilib. Şəklin müəllifi isə Avropa Cənub Rəsədxanasının çox böyük teleskopu (Very Large Telescope və ya VLT) olub.

Botun səhvi “Google”un  “ChatGPT” kimi bazarın digər oyunçuları ilə rəqabət fonunda layihəni təqdim etməyə tələsməsi ilə əlaqələndirib.

Mənbə: gazeta.ru

Share: