Goranboyda vətəndaşların səyyar qəbulları keçirilir — Fotolar

Goranboyda vətəndaşların səyyar qəbulları keçirilir — Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına Goranboyda operativ yanaşılır.

“Qafqazinfo” xəbər verir ki, buna uyğun olaraq, bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir.

Səyyar qəbullar – əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy rayonunda  2023-cü ilin ilin fevral ayında rayon İcra Hakimiyyətinin Başçısının yerlərdə  4 səyyar görüşü və inzibati binada 4 qəbulu təşkil olunub. 630-dan çox sakinin iştirak etdiyi qəbullarda,  31 müraciət səyyar qəbullarda, 54 müraciət isə inzibati binada keçirilən qəbullarda  olmaqla, ümumilikdə 85  müraciət qeydə alınıb.

Səyyar qəbullarda, İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. Vətəndaşların müraciətləri əsasən, işsizlik, torpaq sahələrinin sənədləşdirilməsi, ünvanlı dövlət sosial yardımı, özünüməşğulluq  proqramı ilə təminat, suvarma  suyu çatışmazlığı, elektrik və rabitə təsərrüfatında mövcud problemlər ilə bağlı olub. İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbullarda isə, İcra Başçısı, İcra Hakimiyyəti Başçısı Aparatının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilmiş, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılmış və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edilib.

Yerlərdə keçirilən səyyar qəbullar-görüşlər zamanı,  RİH başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında,  respublikamızda aparılan məqsədyönülü və davamlı islahatlar nəticəsində sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlər, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, o cümlədən rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlərin həyata keçirilməsi və  Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və icrasına nəzarət birbaşa, Goranboy rayon İcra Hakimiyyətinin  diqqətindədir.


Share: