Görmə məhdudiyyətli proqramçı illərdir “Microsoft”da işləyir

Görmə məhdudiyyətli proqramçı illərdir “Microsoft”da işləyir

Amerikalı Krosbi Medlikott artıq 4 ildir “Microsoft” işləyir.

Məlumata görə, o, özü etiraf edənə qədər onun görmə qabiliyyətinin olmaması heç kimin ağlına da gəlməyib.

İrsi xəstəlik səbəbindən 30 yaşına qədər kişi tamamilə kor olub. O, “Microsoft”da texniki vəzifə üçün şəxsi müsahibəyə hazırlaşmağa bir ay sərf edib.

Krosbi təqdimatındakı slaydlarda hər sözün və diaqramın yerini yadda saxlayıb.

“Müsahibəyə 2 saat əvvəl gəldim, mebelin yerini, ekrana qədər olan məsafəni öyrəndim və naqilləri yoxladım”, – deyə proqramçı bildirib.

Təqdimat uğurlu alınıb və onu işə qəbul ediblər.

Bir müddət sonra proqramçı özünəməxsusluğu barədə müdirini məlumatlandırıb. Menecer şoka düşüb, amma bundan sonra Krosbiyə daha böyük rəqbət bəsləməyə başlayıb. Proqramçı etirafından sonra hətta kadrların yüksəldilməsi və təlimində də fəal iştirak etməyə başlayıb.

Mənbə: kp.ru

Share: