Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində yanğın baş verib.
Müstəqil.Az Xəbər36.coma istinad edərək xəbər vermişdi. Bildirmişdi ki, bu barədə İnterfaks-a liman xidmətlərindəki mənbə bildirmişdi.
Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər vardı.
İlkin məlumatlara görə, gəmidə taxıl bitkiləri yükü olub. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.
Yeni əldə etdiyimiz məlumata görə Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğın söndürülüb.
Cənub Federal Dairəsinin fövqəladə hallar xidmətindən bildirilib ki, insident nəticəsində bir nəfər ölüb.
Yanğının ekipaj tərəfindən söndürüldüyü qeyd olunur.