Xalqımız hər il mayın 10-da görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edir.
Hələ sağlığında əfsanələşmiş Heydər Əliyevin həyat və fəaliyyəti doğma xalqına xidmət, yüksək dəyərlərə sədaqət meyarı olmuşdur. Ulu öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Xalqımızı ən yüksək məqama – müstəqilliyə qovuşdurdu. Dünyada insanın Vətənin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz ümummilli lider Heydər Əliyev dünyada bu yüksək zirvəyə çatan qüdrətli şəxsiyyətlərdən biri oldu. Heydər Əliyev Azərbaycanın müasir dövrünün yeni intibah mərhələsinin banisidir.
Bu gün ölkəmizə Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərlik edir. Dövlət başçımız İlham Əliyev dünya azərbaycanlılarının lideridir.
Bu gün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş konfrans keçirilib.Konfransın əvvəlində dövlət himni səsləndirilib və Ulu Öndərin xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov çıxış edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən söhbət açaraq onun respublikamızın hərtərəfli inkişafının əsasını qoyduğunu, əsaslı hüquqi islahatlar apardığını, müstəqil Azərbaycanın onun ideyalarının işığında sürətlə inkişaf yolu keçdiyini və dünyada söz və nüfuz sahibinə çevrildiyini bildiriblər.