Göyçayda beton su arxı dağılıb, nəticədə iki kənd susuz qalıb.

Göyçayda beton su arxı dağılıb, nəticədə iki kənd susuz qalıb.

Rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığından onun suyu hazırda Qazyan arxına tökülür. Beləliklə, Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər.

Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata əsasən, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq.

Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.

Hazırda başqa kəndlər su ilə təmin olunur.

Müstəqil.Az

Share: