Bu gün Göyçay rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə rayonun Çernobil əlilləri Heydər parkında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini böyük ehtiramla anıblar.
Sonra Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar. Daha sonra bildirilib ki, Göyçay rayonunda 59 nəfər Çernobıl Əlili var. Həmin faciənin iştirakçılarının 25 övladı var. Onlar hamısı dövlətin qayğısı,diqqəti və himayəsindədir.
Sonda,rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl əlillərinə maddi yardım göstərilib.
Davud Tarverdiyev – Göyçay
Müstəqil.AZ