Göyçayda məktəb direktorunun intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanıb

Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.

Müstəqil.Az

Share: