Göyçayda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kitab bayramı keçirildi- FOTO

Göyçay rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.
Bu münasibətlə şəhərin mərkəzində “Kitab Bayramı”-adlı tədbir keçirilib.
Azərbaycan qədim dövrlərdən öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Kitabxanalar xalqımızın milli sərvətidir və bu sərvətin qorunub saxlanmasında, cəmiyyətin intellektual, mədəni potensialının artırılmasında onların rolu əvəzsizdir.
Bu fikirlər xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Göyçay şəhər Heydər parkında keçirilən Kitab bayramında səsləndirilib.
 
Tədbir iştirakçıları əvvəlcə meydanda təşkil edilən kitab və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı “Zirvədən baxan Öndər”, “Mən həmişə səninləyəm”, “Əsrin sönməz günəşi”, “Doğma Azərbaycan”, “Azərbaycançılıq və vətənpərvərlik ideologiyası”, “Qarabağ müharibəsinin şanlı səhifəsi – Aprel döyüşləri”, “Tarixini öyrən, özünü tanı”, “Milli qəhrəmanlarımız”, “Saz, söz ustaları”, “Dədə Qorqud gəzən yerlər”, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “Əbədiyyət üfüqlərində doğmuş eşq günəşi” və digər mövzularda sərgilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Kitab sərgilərində bədii ədəbiyyatla yanaşı, müxtəlif elm sahələrinə aid 1000-dək ədəbiyyat da nümayiş olunub.
 
Tədbirdə vurğulanıb ki, Kitab bayramının keçirilməsində əsas məqsəd Heydər Əliyev ideyalarını geniş təbliğ etmək, yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaqdır.
 
Sonda bayram tədbiri konsert proqramı və rənga-rəng rəqslər ilə davam edib.
Share: