Göygöl rayonunun Hacıkənd-Tülallar avtomobil yolunda idarəetmədən çıxaraq yol kənarındakı qarlı dərəyə düşən “UAZ” markalı avtomobildə olan şəxslər xilas edilib.
“Report”un məlumatına görə, bir müddət qarlı dərədə qalmaq Çıraqlı kənd sakinlərinin səhhəti üçün ciddi bir problem yaratmayıb.
Avtomobilin düşdüyü ərazidə qarın hündürlüyü təxminən 1.5 metrdir.
***
Göygöl rayonunda avtomobil qara dərəsinə düşüb.
Hadisə rayonun Hacıkənd-Tülallar yolunda baş verib.
Belə ki, içərisində 6 nəfər olan “UAZ” markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq tara düşüb. İlkin məlumatlara görə, qar və palçıq səbəbindən sürücünün avtomobilini yola çıxarması mümkün olmayıb. Əraziyə kömək çağıran şəxslər hazırda soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini də bildiriblər.
Ərazi kənd icra nümayəndəliyindən, “Report”a bildirilib ki, həmin əraziyə sepli texnika lazımdır və bununla bağlı Göygöl rayon İcra Hakimiyyətinə məlumat verilib: “Texnikanın cəlb edilərək qar dərəsinə düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlərə başlanılacaq”.
Qeydedək ki, hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir. (report)