“GÖYLƏRDƏN GÖNDƏRİLƏN SEVGİ İSMARIŞLARI…”(3-cü yazı)-Vaqif Osmanov Oqtay Şəfioğludan yazır

VAQİF OSMANOV

GÖYLƏRDƏN GÖNDƏRİLƏN SEVGİ İSMARIŞLARI
(“Yağmur mələyi”nin lirik pıçıltıları)
(Üçüncü yazı)

Şair – həkim Oqtay Şəfioğlunun “Oyuncaqlar”, “Yanıq” mənsur şeirlərinin məna yükü yığcam hekayə, povest ağırlığındadır. Zəngin, qayğısız və biganə qonşuları ilə öz ailəsini müqayisə edən müəllif bizi uşaqlıq və yetkinlik çağlarımıza aparır. Qonşunun uşaqlarının oyuncaqlarının şərqi oxumasını, qollarını qaldırıb başını tərpətməsini, ağlamasını görən, ehtiyac məngənəsində sıxılan mənəvi zəngin uşaqların gözləri böyüyüb hədəqəsindən çıxaraq bu tamaşanı heyrətlə seyr edirlər. Qonşu uşağın oyuncağının ağlamasını çox istərmiş balaca Oqtay, çünki oyuncaqdakı o düymə onun həyatını “yansıtarmış”:

Yaşadıkca onların başkalarını kullanarak ilerlediyini gördüm,
aynı cocukluğumuzda oyuncakları kırıb attıqları gibi…
Ben ayrı cocuktum…
Komşuların kırtıqlarını toplayıp temir ederek büyüyən cocuk…
Başkalarının hiç saydığı insani deyerləri önemseyib hiçdən var eden cocuk…
Okudum… Büyüdükce kırılıp atılan oyuncaklar gibi kullanıldığımı fark ettiyim zamanlar da çok oldu…
Bir insan nasıl kırılmış oyuncağa dönüşe bilir, onu da anladım…

Bu acılı – şirinli, kövrək xatirələrlə dopdolu lirik sətirlərdəki sözün ilahi gücünü, təsirini, çəkisini ölçüb – biçməyi Sizə həvalə edirəm, sözə dəyər verənlər…

“Candan sevmək” mənsur şeirində sevginin əbədiliyi, ölməzliyi o qədər canlı təsvir olunur ki, qəlbimizə heyrət, həyəcan və digər saf qeyri – adi hisslər şahlıq edir. Şair – həkimə görə, “candan sevmek çorbaya ekmek batırıb yemek deyil, o yemeyi, o ekmeyi paylaşmaktır. Candan sevmek çiçeyi koklamak deyil, o çiçeyi sevgi ile büyütmektir, bu tohumun çiçek olması için onu beslemektir”. Və nəhayət, “candan sevmek sevdiyini canında can gibi taşımaktır”…

Yaşamın iki üzünü yox, üzü üzlər görmüş çox üzünü görmüş, bu üzlərin imtahanından üzü ağ, başı uca çıxmış Oqtay əfəndi o üzlərə nifrətini bildirib arxasını çevirsə də, riyasız, qrimsiz bir üzlə yaşadığından çoxsifətli, çoxrəngli buqələmunların məkrlərindən qurtula bilmir. “Sevdiyinin məsum və sevgi dolu üzünü görəndən bir eşqin qollarında “sıkı – sıkı mutluluğa sarılır”:

Onun sevgisine mühtac dudaklarımı kulaklarına dayayıb aheste – aheste fısırdıyorum:
“Evet, Yaşamın iki yüzü var, artık biri sensin, biri ben…
Yaşam biziz…”

Söz adamının təxəyyülünü, təbini, ustalığnı, dilini cilalayan onun müşahidə qabiliyyəti, həssas gözüdür. Anasız, yetim quzulara fikir vermisinizmi? Yazıq, fağır, boynubükük olurlar. Yanındakı hər ana qoyundan mərhəmət – süd payı umurlar. Oqtay Şəfioğlunun müşahidə gözü və duyğulu qəlbi “annesiz kuzular”ı bülə görür:

Annesiz kuzular kayalıqların ucunda oynar…
Annen varsa kayalıkların ucunda oynamazsın…
Çünki anne cocuğunun her addımına can koyar…
Korur seni, dünyanın kirlerine, acılarına bulaşmayasın diye…
Annesiz cocukların dizlerindeki yara kalbindeki yaranın yanında sönük kalır…
Cocukluğu çoktan uçmuştur kayalıkların ucundan…

Oqtay əfəndinin “Vətən – şəhid anası”nı təkcə mənsur şeir yox, həm də “Qarabağ elegiyası” adlandırardım.Sətiraltı anlamlarla zəngin bu əsərə “Qarabağnamə” də demək olar. Vətən və millət sevgili müəllifin bu şeiri zəngin süjet xətli, kulminasiya nöqtəli bir filmin ssenarisidir desəm, yanılmaram.

Onlar bir məhəllənin üç oğludurlar – Vüsal, Qarabağ və Həsrət. Vüsal zəngin bir ailənin “gül bala”sıdır, iş adamının oğludur. Qarabağ Vətən ananın övladıdır. Həsrət isə hər şeyin həsrətini çəkən, ayaqları təzə ayaqqabı, əyni doğru – düzgün geyim görməyən bir gəncdir, etiyacın əlində sıxılan bir ailənin üzvüdür. Qarabağla Həsrət kasıb balalarıdır, yaxın dostdurlar. Vüsal həmişə onlardan yan gəzir:

Karabağ palçıktan suvanmış fakır evlerinde
Yemek kaynamayan ocaklarının kısık ateşinde
sabır demleyerek her kese sevgi dağıtıyordu…
Annesi Vatanın verdiyi nasihetlarse bize dünyanın
en zengin hazinesine beraber şeylerdi…
Omuzumuzdan doğruluğu, kardeşliyi,
Merdliyi asıp alnı açık, yüzü ak yürüyorduk heyat yollarında…

Nəhayət əsgərlik zamanı yetişəndə Vüsal əsgərliyə “yararsız” oldu., Qarabağ isə “torpağa, yurda sevgisini, borcunu ödəmək üçün əsgərliyin yolunu tutdu”. Cəbhədən qürurverici xəbərlər gəlir, igid ərən Qarabağ düşmənlərə qan uddurur, Vətəni sayıqlıqla qoruyur. Oğul – Qarabağ, Ana – Vətən, kasıb ailənin övladı Həsrət adları anlayana çox mətləbləri andırır…

Bir gün televiziyada həyəcanla cəbhə xəbərlərini izləyən Həsrət eşitdiyindən ayaqları üstündə dura bilməyib yerə çökür. Onun səmimi, etibarlı dostu şəhid olmuşdur. Qarabağın əsgərliyə getdiyi gün dediyi sözlər Həsrətin qulaqlarında uğuldayır:

“Eger bu toprak için şehit olursam yaşlı annem Vatan sene emanet…”

Bu mənsur şeirdəki digər ağrılı məqamları Sizin ixtiyarınıza verirəm, söz və Vətən sevgililər. Düşünək…

Sonda Oqtay əfəndi qısaca “Vatan, başın sağ olsun!..” deyir. Bu dörd kəlmədə nələr yaşayır, nələr gizlənir…

Vətən – ana və “torpaq uğrunda ölən varsa, Vətəndir!”.

Sözüm gəlib elə yerə dirəndi ki, qələm də aciz – aciz üzümə baxdı. Sonda dodaqlarım arasından bu sözlər boylandı: “Dərd onu daşıyanlarındır, Oqtay Şəfioğlu. Vətən həm ana, həm də yaşadığımız və son mənzilimiz torpaq kimi Vətən qeyrəti çəkənlərin çiynində yaşayır. Hər kəs öz bacarığı – kimsə qələmi, kimsə şəfqətli ürəyi və əli, kimsə də idman arenalarında qalib gəlib Vətən bayrağını ucaltmağı ilə Vətəni yaşadır. Siz hər üçünü bacaran Vətən oğlusunuz…

Torpaq belə oğulları ilə Vətənə çevrilir…

VAQİF OSMANOV. iyul 2019.

Share: