“GÖYLƏRDƏN GÖNDƏRİLƏN SEVGİ İSMARIŞLARI”- Oqtay Şəfioğlunun yaradıcılığı Vaqif Osmanovun fikirlərində

 

GÖYLƏRDƏN GÖNDƏRİLƏN SEVGİ İSMARIŞLARI
(“YAĞMUR MƏLƏYİ”NİN LİRİK PIÇILTILARI)

(İkinci yazı)

Lirik və epik elementlərin birliyindən yaranan bədii yaradıcılıq növlərindən biri mənsur şeirlərdir. Dünya ədəbiyyatında R.Rollan, R.Taqor, rus ədəbiyyatında İ.Turgenev, Azərbaycan ədəbiyyatında M.Hadi mənsur şeirin ilk nümunələrini yaratmışlar. Sovet dönəmində azadlıq mücahidi, milli məfkurə daşıyıcısı, M.Müşfiq irsinin yorulmaz tədqiqatçısı yazıçı Gülhüseyn Hüseynoğlunun mənsur şeirləri sözsevərlərin dillər əzbəri olmuşdur. Onun “Mücrü” mənsur şeiri Azərbaycan ədəbiyyatının şedevrlərindəndir.

Mənsur şeirlərin özəyində lirik tərənnüm dayanır. Lirik xarakterli, həcmcə böyük olmayan mənsur şeirlər nəsr formasında olsa da nəzm qədər cəlbedici və duyğuludur.

Oqtay Şəfioğlunun “YAĞMUR MƏLƏYİ” şeirlər kitabındakı Türkiyə türkcəsində yazdığı mənsur şeirlərin hər biri bir mətləbdən söz açır. Bəzən acı nisgil, hicran ürəkləri dağlasa da o məhrəm hisslərdən uzaqlaşmaq istəmirsən. Bu kövrək duyğular insanın durumuna nüfuz edən lirik pıçıltılardır., göylərdən yerə göndərilən sevgi ismarışlarıdır. “Yağmur mələyi” mənsur şeirinin qəhrəmanının məzarında yalqız qalan anaya müraciəti anaya yanıqlı ağı deyən oğul kimi ürəyimizi göynədir. Çoxumuz oğulun anaya ağısını eşitməmişik. Unutmayaq ki, oğulun da bir kövrək ürəyi var, o, kişi olsa da ana həsrəti qarşısında mum kimi yumşaqdır, dolan bulud kimi kövrəkdir. Qan ağlayan içində bəzən anaya layla, bəzən də ağı söyləyən oğulun keçirdiyi hissləri mən də yaşamışam. Bu zaman anaya həsrət oğul öz hıçqırıqlarını ancaq özü eşidir, onu üzə çıxarıb başqalarının əzabına çevirmək istəmir. Mənsur şeirlərdən nümunələri müəllifin yazdığı kimi Türkiyə türkcəsində Sizin poetik süfrənizə gətirirəm:

Bana ne yapacağımı söyle!.. Mezarlar konuşmuyor, biliyorum… Ama sen mezarda diyilsin ki, anne, kalbimde yaşıyorsun. Sen demiştin, sağanak yağmurlarda melekler enir. İndi… O melek ruhumun her yerində, tüm hücrelerimdedir… Ben onu içime gömdüm, yağmur meleyim hiç bir zaman benden gitmesin diye… Benden gitmesin diye…

Ömrün qədrini bilənlər, hədər keçən ömrünə heyfslənənlər üçün görəsən bir saniyə nəyə bərabərdir? “Bir saniye büyük bir zamandır” deyir şair. ” Bir sevgi öpücüyünün tadında bir yarayı sarmak, bir hasrete git demektir bir saniye”…

Bana bir saniye zaman verin! Bir saniye… Ağlayan bir ruhun acısını giderim, Budağından kopan yaprağımı havada yakalayım, Kayb olmuş, boş gitmiş yıllarıma ağlayım. Mutluluğumu sesleyim… O bir saniye zamanla çözsün beni sevdiyim, sarılsın kollarıma…

“Severek ölmək güzel deyilmi? Dünyada seve bildiyi tek bir kadın vardı, o da bendim söylersin” deyən sevgilinin vəsiyyəti həqiqi sevgi dastanıdır:

Mezarıma gizlice bir cümle yazarsın kimse bilmeden. -“Deyerini bilmedim!..” Sonra…Nokta yerine bir damla göz yaşı koy. Bana bu da yeter…

Həkim – şair yalqızlığın konturlarını elə məharətlə cızır ki, bu hüznlü “tərif”in dəqiqliyinə heyran qalırsan. Yalqızlığı “ölümün çadraya bürünmüş aldadıcı yaşama, yataqda kimsəsiz bir evdə kimsənin açmaycağı qapıya göz dikməyə, bir cocuq səsinə möhtac divarlara” bənzədən şairin təxəyyülündəki yalqızlıq insanı nisgilli hisslərin ağuşunda çabalamağa məcbur edir. Sonda şair belə nəticəyə gəlir:

Sevdiyinin kapıdan çıkıb gitmesi diyil de,
Kalbinden çıkıb gitmesidir yalnızlık”…

Necə də uğurlu poetik tapıntıdır…

Oqtay Şəfioğlunun “Kölgə”, “Məni məzara qoyun” mənsur şeirləri düşünməyə, bu fani dünyadakı əməllərimizi redaktə etməyə, niyyətlərimizin zülmətə qərq olmasına imkan verməməyə çağırışdır:

Çektiyimiz acılar bizi gölgemizle beraber alıb götürür, arzularımız taş kibi donup kalır… O donuk taşı sonra başımızın üstünə koyarız,
adını da mezar taşı koyarız…
Rahat – rahat uyuruz kendi gölgemizde…

Şair məzara qoyulanda kəfəndən imtina edir. Onu kəfənə yox, acılarına sarımağı vəsiyyət edir, “çox çəkdiyi yetimlik acılarına, anasının “can” sözünə, atasının həsrətinə” bürünüb haqq dünyanın sakini olmaq istəyir, bu zaman da ilahi poeziyadan ayrı qalmaq istəmir:

Beni mezara koyun, kefen istemem…
Ölmüş umutlarımın ahlarına sarıyın…
Hasretini yıllarla çektiyim, hiç yaşayamadığım
sevdamın şair kalbinde gömün beni!..
Beni şairlerin dert yüklü, Vatan dertli şiirlerine sarın…
Kefenim şiirler olsun!

Davamı var.

VAQİF OSMANOV. iyul 2019.

Share: