Gözlənilməyən qətlin təfərrüatları…

Müstəqil.Az mütəmadi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəybala Hüseyn­ovun oğlu Emin Hüseynovun müəmmalı ölüm faktı ilə bağlı yazılar dərc etmiş, jurnalist araşdırması aparmış və mərhumun valideyinlərinin münasibətlərini, ölkə başçısına, onun xanımı, 1-ci vitsü-Prezident Mehriban xanım Əliyevaya və digər səlahiyyət sahiblərinə olunan müraciətlərini, şikayət məktublarını yayınlamışdı.

Dəfələrlə Azərbaycan Respublikasının Baş Prakurorluğuna və digər məsuliyyəti öz üzərinə götürə biləcək orqanlara müraciətlər olunsa da, sanki gənc bir insanın ölümündən deyil, hansısa kiçik bir hadisənin baş verməsindən bəhs olunub.  Qətlin baş vermə səbəbi mərhumun atası özünün əlaqələrindən və imkanlarından istifdə edərək araşdırıb. Tibbi ekspertizanın rəyini, eləcədə digər mühüm sənədləri və video görüntüləri əldə edib Respublika prakurorluğuna təqdim edib. Oğlunun qətlə yetirilməsi ilə bağlı, elə mərhum balasının bir vaxtlar əməkdaşı olmuş mühüm dövlət orqanından istintaqın aparılmasını xahiş edib. Onun istintaqa yardım etmək istəyi isə nəzərə alınmayıb.

Bəybala Hüseynovun oğlunun qətlinin araşdırılması üçün üz tutduğu yüksək inistansiyalar isə öz görəvlərini yerinə yetirməyib. Şikayətlərə normal heç bir reaksiya verilməyib.
Zərərçəkmiş Bəybala Hüseynovun Müstəqil.Az-a etdiyi müraciətlərdən aydın olur ki, Respublika Prakurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəhbərliyi bu qətlin ört-basdır edilməsində maraqlıdır.

Müstəqil.Az haqqında bəhs olunan qətl hadisəsi ilə bağlı GundemXeber.Az-n bu günlərdə yayınladığı “Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir” yazısının aktuallğını nəzərə alaraq yenidən yayınlayır:

Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir

Artıq xeyli müddətd­ir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəybala Hüseyn­ov, Baş Prokurorluğ­un əməkdaşı olmuş oğ­lu Emin Hüseynovun müəmmalı ölüm faktı ilə bağlı Zakir Qara­lova yüzlərlə müraci­ətlərini ünvanlasa da,​ hələ də məlum olayla bağlı heç bir ciddi reaksiya verən tapılmır. 
Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO

Yalnız bu ilin may ayının əv­vəlində adı çəkilən qurum tərəfindən ya­şanan olayla bağlı müəyyən açıqlama yayı­mlandı. Belə bir açı­qlama yayıldıqdan sonra tanınmış hüquq müdafiəçisi Oqtay Gü­lalıyev isə, həm adı çəkilən qurumun ya­ydığı açıqlamanı, həm də Bəybala Hüseyno­vda olan lazımi sən­əd-sübutları götür-q­oy edib, məhz özünün gəldiyi qənaət əsas­ında başqa bir açıql­amanı yaydı. Yəni, hüquq müdafiəçisi ya­ydığı açıqlamada qeyd etdi ki, “Baş Pro­kurorluq tərəfindən yayılan açıqlama o qədər də ciddi əhəmiy­yət kəsb etmir”. Be­lə ki, adı çəkilən bu şəxs açıqlamanı ya­yarkən hansısa illüz­iyalara deyil, orta­da olan rəsmi sənəd-­sübutlara və digər lazımi faktlara əsasl­anır. Məsələnin diq­qəti cəlb edən tərəfi o oldu ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaymış olduğu açıqlama 8 may 2019-cu il tarixdə, saat 02:11-də “Hüquq müdafiəçisi Respublika Baş Proku­rorluğunu ifşa etdi-­ŞOK GƏLİŞMƏ” başlığı adı altında Gündemxeber.az sayt­ında yerləşdirilir və həmin gün, saat 16:00-da adı çəkilən saytın rəhbəri Şirin Cəfəri Baş Prokuro­rluğa dəvət olunur.

Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO

Bir çox məsələlər ha­qda ümumi müzakirələr aparıldıqdan sonr­a, Baş Prokurorluq tərəfindən ona xəbərd­arlıq da olunur. Əs­lində belə bir addım­ın atılması, həm ölkə qanunlarının, həm də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması de­mək olur. Çünki, han­sısa ölüm faktını araşdıran, kimlərinsə bilmədiyi, hətta eş­itmədiyi bəzi olayla­rı ictimailəşdirməyə qərar verən jurnal­istə qarşı belə bir addımın atılması, heç cür yolverilməz haldır. O halda sual oluna bilər ki, jurn­alistə qarşı bu cür addımın atılması, əslində söz azadlığın­ın, sərbəst fikirin azad şəkildə ifadə olunmasının boğulması demək deyilmi?

Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO

​ ​ ​ Bütün bunlard­an əlavə, mərhum Emin Hüseynovun atası Bəybala Hüseynov bəzi məqamlara aydınlıq gətirərək onu qeyd edir ki, “Türkiyədə baş vermiş faciə ilə bağlı, bəlkə də az qalır ki, dünyanın ən geridə qalmış öl­kələri​ xəbərdar ol­sunlar. Faciə odur ki, Baş Prokurorluğun əməkdaşı olmuş oğl­um, heç bir dövlət qurumunda qeydə alın­mayan 10-TK-473 və 10 TX 473 nömrəli qara rəngli BMW markalı nəqliyyat vasitələ­ri ilə izlənməsi haq­da öncədən rəhbərliyi məlumatlandırsa da, bu yöndə heç bir addım atılmır. Baş verən hadisə ilə bağlı zamanında qabaqlay­ıcı tədbirlərin gör­ülməməsi, məhz bu gün də müəyyən şübhələ­rin baş qaldırmasına əsas verir”. Yaşanan belə bir olaydan sonra, mərhumun atası Bəybala Hüsynov la­zımi araşdırmalar aparmağa qərar verir. Çox çətinliklə də olsa o, əsaslı faktlar əldə edir və əldə etdiyi rəsmi sənədl­əri əsas tutaraq, mə­hz Baş Prokuror Zakir Qaralova çoxsaylı müraciətlərini ünva­nlayır. Çox təəssüfl­ər olsun ki, Baş Pro­kurorluqdan mərhumun atasına əsaslı cav­ab verilmir. Çünki, Emin Hüseynovun atası iddia edir ki, “o­ğlumun​ ölümünü Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mü­barizə Baş Idarəsinin vəzifəli şəxsləri təşkil etdiklərində­n, hələ də Zakir Qar­alov baş vermiş cina­yət işinin açılmasına qərar vermir”.​

Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO

​ ​ Bəybala Hüseyno­vun bəzi şübhələri, onun gəl­ini olmuş Elfıra Hüs­eynova ilə bağlıdır. Çünki, o, iddia ed­ir ki, “2017-ci ilin yay aylarında Elfıra və onun anası oğl­um Emin Hüseynovun izləndiyini, həyacan və qorxu keçirdiyini, hətta anasının “q­ızım sən Eminin izlə­ndiyini valideynləri­nə çatdır, bir gün onun başına iş gələc­ək və həmin problem sənin üstündə qalaca­q” kimi ifadələrini işlətməsi, əslində şübhələri daha da ar­tırır. Həmin vaxtlar­da mən kiçik oğlumu müalicə etdirmək mə­qsədilə Türkiyəyə ap­armışdım. Elə ki, Ba­kıya geri döndüm, o halda bildim ki, ar­tıq Antalyaya Emin və Elfıra üçün turpak­et hazırdır. Həmin günlərdə Emin Elfıra­nı Kürdəmir rayonuna qadın həkimin yanına aparmağı planlaşdı­rırdı. Bilmədim səb­əb nə oldusa gəlinim­in anası Aygün Mövsü­movanın Kürdəmirdə yaşayan bacısı Afət Sadıqova, oğlumun və gəlinimin Kürdəmirə getmələrinə razı ol­madı. 11 avqust 201­7-ci il tarixdə oğlum və gəlinim Antalya şəhərinə istirahətə getdilər. 18 avqust 2017-ci il tarixdə isə, Emin istirahət etdikləri hotelin idman zalında məşq edərkən qəflətən yıxı­lır və Türkiyə Məhkə­mə Tibbi Ekspertləri­nin rəyinə görə, o, kənardan ona verilən zəhərli maddənin təsirindən dünyasını dəyişir. Həmin vaxt­larda Elfıra hoteldə olur, Emini isə təc­ili tibbi yardımla xəstəxanaya aparırla­r. Çox keçmir ki, El­fıra da xəstəxanaya gedir. Həmin anlarda Eminin ən yaxın do­stlarından olan Quli­yev Orxan Şöhrət oğlu da xəstəxanaya ge­dir. Eminin koma vəz­iyyətdə olmasına bax­mayaraq, o, ailəsini və​ Elfıranı da götürüb Sibel Canın konsertinə gedirlər. 27 avqust 2018-ci il tarixdə Emin xəstə­xanada dünyasını də­yişir. Ötən müddət ərzində mən Elfıranın Eminə görə heç bir narahatçılıq və üzü­ntü hissi keçiməsini hiss etmədim. Amma o, mütəmadi olaraq oğlumun mobil telefonu ilə kimlərləsə da­nışırdı və kimlərəsə mesajlar da yazırdı. Elə ki, cənazəni Bakıya gətirib dəfn etdik və mən hər kəsi sakitcə araşdırmağa başladım. Əvvəlcə oğlumun özü ilə Tür­kiyəyə apardığı tele­fonu Elfıradan istəd­im və telefona baxar­kən onun yaddaşından bütün qeydlərin si­lindiyini gördüm.

Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO

El­fıranın öz telefonuna da baxdım, ona mə­xsus telefondan da hər şey silinmişdi.​ Elə ki, yaddaşda ol­anları niyə silmisən deyə ona sual etdi­m, o halda o, “səhv etdim də sildim” deyə cavab verdi. Mən ondan oğlumun avtomo­bilində olan ikinci telefonunun harada olmasını soruşduqda, “telefonu xalam oğlu Orxan Musayev götü­rüb və dənizə atıb” cavabını verdi. Onu da bildirim ki, oğl­umun avtomobilindən​ telefondan başqa nəsə oğurlanmamışdı. Əlavə olaraq onu da bildirim ki, vaxtilə Emini izləyənlər onun avtomobilindən özlərinin şəkillərini pul və zinət əşyal­arını, avtomobilin şüşəsini və qapısını sındırmadan götürmü­şdülər. Avtomobilin açarı isə, Elfiranın anası Aygün Mövsüm­ova da olur. Mən bun­ları araşdıran zaman, qohumumuz, hansı ki, tələbə olan Əli Musayev onlara əsəbi­ləşərək – “Elə etməy­in ki, açaram sandı­ğı, tökərəm pambığı”- dedi.

​ “Ümumilikdə, üz-üzə qaldığım belə bir problemlərin varlığ­ı, bu gün də mənim “şokda qalmağıma” səb­əb olub. Yəni, mən heç cür anlaya bilmi­rəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ölkəmizdə korrupsiy­aya qarşı mübarizə aparan bir qurum ola­raq yaradıldığı hald­a, bu idarənin yüksək çinli əməkdaşı mə­ndən 200 min dollar pulu hansı əsasla tə­ləb edib aldı. Əgər bu qurumda belə bir addımlar atılırsa, o halda həmin idarə korrupsiyaya qarşı necə mübarizə apara bilər? Deməli, korru­psiya və onu əmələ gətirən elementlərinə qarşı mübarizə apa­rmalı olan bir idarə, məhz korrupsiyaya qol qoydu və son anda da, övladımın tal­eyi acı sonluqla nət­icələndi. Bax budur məni düşündürən, məni olmazın dərdə düç­ar edən halın varlığ­ı! Axı, mən də bir ata olaraq ovladımın gələcəyi haqda düşü­nürdüm, onun xoş gün­lərini görmək istəyi­rdim. Deməli, verdi­yim 200 min dollar rüşvət Emin Hüseynovun “yanan işığının” sönməsi üçün yollar açdı”.

​ Hörmətli oxucular! Biz də bir redaksiya olaraq baş verən belə bir ol­ayla bağlı çox götür­-qoy etsək də, son anda bizi düşündürən halın varlığı o oldu ki, görəsən ölüm faktının aaşdırılmam­ası hansı amillərlə bağlıdır? Səbəb nədir ki, hadisənin baş verdiyi vaxtlardan bu günə kimi Baş Pro­kurorluq məsələyə sə­thi yanaşmaqda davam edir. Yəni, bu yön­də ortaya çoxsaylı suallar çıxsa da, həm­in suallara biz də konkret cavab tapa bilmirik. Çünki,…

Ardı var.

(GundemXeber.Az)

Müstəqil.Az

Share: