Gözlərin nurunu qoruyan məhsullar

200 ilə yaxın insanlara xidmət edən məşhur Moskva göz xəstəxanasının mütəxəssisləri görməni qorumağa kömək edən məhsulların adını açıqlayıb.

Sağlamolun.az xəbər verir ki, mütəxəssislər gözlərin nurunu qorumaq üçün pəhrizdə narıncı rəngdə olan meyvə və tərəvəzlərin miqdarını artırmağı tövsiyə edirlər.

Bu məhsullar arasında: bibər, kök, xurma, balqabaq və s. Bu məhsullar görməni yaxşılaşdıran lütein maddəsi ilə zəngindir.

Bundan əlavə oftalmoloqlar pəhrizə kələmi və qarabaşağı daxil etməyi tövsiyə edirlər.

Müstəqil.Az

Share: