Gözü doldu hər misramın Öz islanmış yaxam kimi…

Şəfəq SAHİBLİ

ÜŞÜYÜRƏM SÖZƏ SARI

Gözlərimə payız gəlir,
Bulanır ömrün suları.
Batıram dərya gözünə,
Üşüyürəm sözə sarı.

Yola çıxdım fəsil-fəsil,
Bu yol bir payız nağılı.
Bir ah imiş ömrün səsi,
Alıb başımdan ağılı.

Ömrümə xəzan dağılıb,
Günüm sarı, gecəm sarı.
Ustad,sən məlhəm əvəzi
Gözlərimə sözü sarı.

Hər misramı dərib qoxla

Mən bir ürəyi yandırdım,
Od içimi yaxan kimi.
Gözü doldu hər misramın
Öz islanmış yaxam kimi…

Yaddaşını ara ,yoxla,
Həsrəti gözündən oxla.
Hər misramı dərib qoxla
Mənim üçün darıxan kimi.

Fərqi yox doğmanın yadın
Ruhumdadır tamın dadın.
Qəlbimdən boylanır adın,
Uzaqlardan baxan kimi.

Shefeq Sahibli adlı şəxsin şəkli.
Share: