GUAM Parlament Assambleyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinq keçirib.
xəbər verir ki, təşkilatın Baş katibi Altay Əfəndiyev seçki barədə təəssüratlarını bölüşüb.
“Olduğumuz məntəqələrdəki müşahidələrə əsasən aşağıdakı bəyanatı vermək istəyirik. Keçirilən seçkilər milli qanunvericiliyə uyğun həyata keçirilib, MSK seçki prosesini düzgün qurub, seçki tam şəffaf formada baş tutub. Seçicilərlə bağlı isə onu deyim ki, səsvermə prosesi azad seçki hüququna əsaslanan formada həyata keçirilib. Ümumilikdə bizim qrup tərəfindən hər hansısa bir qanun pozuntusu və şikayət qeydə alınmayıb”, GUAM Baş katibi deyib.