Güclü külək yaşlı qadını 4-cü mərtəbənin eyvanından yerə çırpdı

Rusiyanın Saxalin adasında yerləşən Uqleqorsk şəhərində bir neçə gündür tüğyan edən güclü külək misli görünməmiş fəsadlara gətirib çıxarıb.

Eyvana siqaret çəkməyə çıxmış təqaüdçü qadını külək ağuşuna alaraq, 4-cü mərtəbədən yerə çırpıb. Qalın qar təbəqəsi yaşlı qadını ölümdən qurtarıb.

Hadisə yerinə təcili yardım çağırılsa da, yağmış qarın qalınlığı avtomobilə qadının yıxıldığı yerə yaxınlaşmağa imkan verməyib. Bu səbəbdən, təqaüdçü qadın qartəmizləyən maşının çalovuna yerləşdirilib və yalnız bu üsulla xəstəxanaya çatdırılıb.


Share: