Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib.
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.
***
18:10
Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 18:00-a olan məlumatı açıqlayıb.
Xidmətdən -ya verilən məlumata əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi artıq zəifləyib.
***
15:38
Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.
Xidmətdən -ya verilən xəbərə görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.