Yaşayış binasında baş verən güclü yanğın nəticəsində 9 nəfər ölüb.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, hadisə Tayvanda qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 4-cü mərtbəsində başlayan yanğın qısa zamanda yuxarı mərtəbələrə də yayılıb.
Güclü külək səbəbindən yanğının qarşısını almaq çətinləşib.
Hadisə nəticəsində aralarında 2 azyaşlının olduğu 4 nəfərlik ailə diri-diri yanıb. Ümumilikdə yanğında 9 nəfər ölüb, 3 nəfər isə ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yanğınsöndürənlər yalnız 2 saatdan sonra yanğını söndürməyə müvəffəq olublar.
İlkin ehtimallara görə, yanğın qəsdən törədilib.