Güclü zəlzələdən sonra sunami təhlükəsi elan olundu

İndoneziyada güclü zəlzələdən sonra sunami təhlükəsi haqqında xəbərdarlıq edilib.

RİA Novosti” xəbər verir ki, bunu Amerikanın sunami xəbərdarlığı Sakit okean mərkəzindən (PTWC) bildiriblər.

Ötən gecə 7,4 bal gücündə zəlzələ İndoneziya sahilləri yaxınlığında, Manado şəhərindən 169 kilometr şərqdə qeydə alınıb.

Yeraltı təkanların ocağı 62 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

“Zəlzələ haqqında ilkin məlumatlara əsasən, episentrdən 300 km məsafədə sahilyanı ərazilərdə sunami təhlükəsi mövcuddur”, – deyə PTWC-nin məlumatında bildirilir.

Share: