Güləş üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlandı

Güləş üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlandı

Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) yer alıblar.

Bu idmançılardan N.Tsurtsumia daha əvvəl (2019) dünya çempionu, L.Abuladze, Z.Levay, J.Berdimuratov, T.Bisultanov və K.Milov son mundialın gümüş, A.Sultangali, A.Kulik, M.Knistautas bürünc medalçısı olub.C. Xetsuriani isə 5-ci yeri tutub.

Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya kuboku yarışına noyabrın 6-da yekun vurulacaq.


Share: