Gülbən Ərgən xəstəxanaya yerləşdirildi

Gülbən Ərgən xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli müğənni Gülbən Ərgən xəstəxanaya yerləşdirilib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.

“Həftələrdir acını ən dərindən hiss edib, yaşayıb, qəbullanan və onunla mübarizə aparan ruhum sonda məni yıxmağı bacardı. Yaxşı ki, oldu, dayana bildim”, – deyə yazan sənətçi xəstəliyinin nə olduğunu açıqlamayıb.

Müğənninin paylaşımında diqqət çəkən məqamlardan biri də xəstəxanada onu zıiyarətə gələnlər arasında oğulları – Atlas, Ares ve Güneylə yanaşı keçmiş həyat yoldaşı Mustafa Erdoğanın da olmasıdır.

Share: