Heydər Əliyev Sarayın sabiq baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyevanın ayağı amputasiya olunub.
Kulis.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən 74 yaşlı rejissor G.Şəfiyeva müalicə alsa da, ayaq ağrılarından əziyyət çəkib. Bu səbəbdən onun bir ayağı amputasiya edilib.
Qeyd edək ki, G.Şəfiyeva 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru kimi fəaliyyət göstərib.