Ömrüm boyu xalqımın milli geyimlərinə, digər mənəvi
dəyərlərinə xüsusi diqqətim, sevgim olub. Evimizdə Azər
baycan xanımının xanım-xatınlığının göstəricisi kəlağayıya
sonra
ehtiram bəslənilib, onu qorumuşuq. Anamı, daha sonra qaynanamı çox vaxt kəlağayıda görmüşəm. Bunu örnək kimi qəbul etmişəm. Özümün gəlinlik örpəyimi ən çətin günlərimdə qorumuşam. Bu örpək mənim xoşbəxt anlarımın şahididir.
Ağdam rayonu işğal olunandan sonra el-obamızdan
köç kün düşəndə birinci növbədə sandıqda saxladığım milli
geyimlərimi götürdüm. Bunların içərisində, əlbəttə, anamın,
qaynanamın kəlağayıları və gəlinlik üz örpəyim də vardı.
Bakıda çətin köçkünlük həyatı yaşayanda elə gözüm
həmişə kəlağayılarda, milli geyimlərimdə idi. Onları səli-
qə-sahmanda saxlamaq üçün əlimdən gələni edirdim. On-
lar mənim el-obamın yadigarlarıdır.
Günlərin bir günü toyda başı kəlağayılı bir xanım görən-
də onu könlümə çox yaxın bildim. Nə qədər yaraşıqlı görünürdü. Bu yaraşıqda onun gözəlliyinə kəlağayı da gözəllik
qatmışdı. Tez-tələsik ona yaxınlaşdım, tanış oldum. İlk görüşümüzdən söhbətimiz tutdu. Çünki bizi bir-birinə bağlayan
tel vardı. Bu tel kəlağayıydı. Güllü xanım Eldar Tomarlı ilə
tanışlığımızdan sonra tez-tez görüşürük, zəngləşirik. Hər
dəfə də başında, yaxud çiynində müxtəlif rəngli və naxışlı kəlağay onu mənə daha yaxından bağlayır və sevdirir. Kəlağayıya ondakı sevginin səbəbini soruşdum. Nənəsinin ona vəsiy-
tindən, onun
bağışladığı noxudu kəlağayıdan, əvvəllər kəlağayının hansı məna
daşıdığını bilməsə də, onun haqqında biliklər
öyrəndikcə
faxrlə danışdı. Bildirdi ki evində şəxsi “Kəlağayı Muzeyi”
y aradıb. 150-dən çox kəlağayı var muzeyində. Əksəriyyətini
kalağayının dəyərini bilənlər təmənnasız hədiyyə edib. Şəxsi
vəsaiti hesabına da xeyli kəlağayı alıb.
Bunları eşidəndə anamın, qaynanamın kəlağayılarını və
özümün gəlinlik üz örtüyümü “Kəlağayı Muzeyi”nə hədiyyə etməyi qərara aldım. İnandım ki, bunlar həmin muzeydə
daha etibarlı qorunar. Daha sonra Ağdamın Bağman kən-
indən Sona xanımın kəlağayısını da muzeyə verdim.
Güllü xanımın işini alqışlayıram, ona bu sahədə dəstək
ol mağa çalışıram. Müxtəlif yerlərdə, qohum-əqrəbanın
evində, ərkim çatan xanımların sandığında kəlağayı görəndə onlara Güllü xanımdan, onun muzeyindən danışıram. Məsləhət görürəm, təklif edirəm ki, bu abır, həya, ismət, gözəllik, yaraşıq rəmzini sandıqda dustaq eləməyin.
Tez sual verirlər ki, bəs neyləyək? Sevinərək cavab verirəm ki, Güllü xanımın muzeyinə hədiyyə edin. Kəlağayıl arın ən etibarlı saxlama, qorunma yeri o muzeydi. Hətta
bildirirəm ki, istəsəniz sizi həmin muzeyə apararam. Gö-
rarsiniz ki, kəlağayılar oranı necə gözəlləşdirib.
Hara gedirəmsə, gözdə-qulaqdayam. Gözlərim kəlağayı
şal, gözəl baş örpəkləri axtarır. Nə qədər ki, Güllü xanım kimi milli dəyərləri sevən, qoruyan insanlar var, kəlağayı əbədi yaşayacaq, xalqımızı tanıdacaq.
Şəhla Qaraşqızı Ağdamlı