Real TV-nin sahibi Mir Şahin bu gün efirə gedən “Mir Şahin vaxtı” verilişində ötən gün keçirilməsinə cəhd göstərilən qanunsuz aksiyanın dərhal ardından Milli Şura üzvü Gültəkin Hacıbəylinin daha bir məxfi zəngini ictimailəşdirib.
Müstəqil.Az xəbər verir ki, G.Hacıbəyli Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidislə də əlaqə saxlayıb.
Gültəkin: Onu (Əli Kərimli nəzərdə tutulur – red.) Nəsimidə saxlayırlar. Biz çox narahatıq. Ora təcili tibbi yardım çağırıblar. Ola bilər ki saxlanılanda xəsarət alıb. Ona görə ki, onu çox pis götürüblər. Zorla və kobud şəkildə. Bəli, mən sizdən xahiş edirəm. Sizə çox inanıram. Zəng vuracam. Onlar hər şeyi söndürüblər. Ona görə ki, mən BBC ilə birbaşa efirə çıxmalıydım. Belə danışmışdıq. Sizin də telefonlarınızı söndürüblər? Mənim 15 yaşlı oğlumun da telefonunu söndürüblər. Ev telefonumu da söndürüblər. Polisə ümumilikdə 500-ə yaxın adam aparıblar. Hə, 500. Sonra onları hissə-hissə buraxıblar. İndi məncə 100-dən çox adam qalır orda. Biz Əli Kərimlidən narahatıq.
Mir Şahin qeyd edib ki, Denislə Gültəkini daha sıx və səmimi münasibətlər birləşdirir. Onlar tez-tez görüşür və Azərbaycanla bağlı məsələləri müzakirə edirlər. Gültəkin və Denis arasındakı mükaliməylə tanış olsanız və olacaqsınız da, bu imkanı sizə yaradacağıq, görəcəksiz ki, bu iki nəfər ən azı Xarici İşlər naziri kimi danışırlar. Məsələn, Gültəkin Hacıbəyli Denisə deyir ki, hakimiyyət iqtisdadiyyatı, siyasi sistemi Avropaya inteqarsiya etdirmək istəmir. Azad seçki keçirmək istəmir. Denis deyir ki, Avropa İttifaqının Ermənistan və Gürcüstanla imzaladığı deklorativ sazişi Azərbaycanla imzalaması alınmayacaq. Gültəkin soruşur ki, hakimiyyətə, yəni müstəqil Azərbaycan dövlətinin hakimiyyətinə onların təzyiq imkanı var? Denis cavab verir ki, yəqin biz çox yumşağıq. İndiyədək onlarla, yəni Azərbaycanla yumşağıq.
Adamlar fikirləşir ki, bundan sonra da belə yumşaq olmaqda davam etməyə dəyərmi? Elələri var ki, deyir dəyməz. Biz bunu etməməliyik. Biz Azərbaycandan az resursları olan, inkişafı bundan xeyli aşağı olan ölkələrlə bunu etmişiksə, Azərbaycana niyə bunu təklif etməliyik.
Gültəkinlə söhbətin azad və demokratikliyi o qədər dərinə işləyir ki, Denis bu şirin müxalifət qadınının Azərbaycan hakimiyyətinin Amerika Birləşmiş Ştatları və Avropadan çəkindiyini deməsinə cəsarətlə etiraz edir.
“Hansı Amerika? Görmürsən Amerikayla nə baş verir? Bu sadəcə dəhşətdir! Suriyayla olanlar sadəcə dəhşətdir. Mən demirəm ki, bu düzgün və yaxşıdır. Bu, sadəcə olaraq, Amerika kimi bir dövlətin siyasəti ola bilməz”.
Və bu zaman Denis ilə Gültəkin ümumi fikrə gəlirlər ki, Amerikanı xərifləmiş qoca kloun idarə edir. Denis Gültəkinin sağlığına badə qaldırır. Gültəkin isə Prezident haqqında danışanda belə deyir:
“Bizim prezidentin güclü siyasi hissiyyatı var. Çox güclü. O, dünyada baş verən hadisələrdən bacarıqla öz xeyrinə istifadə edir. Görəndə ki, hansısa hadisədən yan keçmək olar, keçir. O çox çevikdir”.
Qeyd edək ki, Mir Şahin ABŞ səfirliyinin Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək, Azərbaycan hakimiyyətinə, hüquq-mühafizə orqanlarına araşdırılması üçün müraciət edib. O vurğulayıb ki, Gültəkin Hacıbəyli də casus fəaliyyəti göstərib.
Daha ətraflı videoda:
Müstəqil.Az